PARADOKS

AKTUAL

“Facebook”da elan verdi, 6 GÜN SONRA EVLƏNDİ

14-01-2018, 09:37
  •     
  • Ölkə |
  •  Oxunma: 8

“Facebook”da elan verdi, 6 GÜN SONRA EVLƏNDİ Təsadüfi dostluq təklifləri, xəbərsiz qruplara əlavə edənlər və yazı, yaxud şəkillərində sizi də etiketləyən və səhifənizi dolduran o dostlar.
Amma bir nigeriyalı kişi reklam xarakterli postu ilə Facebook-u başqa bir səviyyəyə qaldırıb.
Chidimma Amedu dekabrın 30-u bir post paylaşaraq onunla evlənmək istəyən bir qadın olub-olmadığını sual edib. O, BBC-yə deyib.

Evlilik təklifi
"Artıq yaşım çatıb və evlənməyə hazıram və vaxt itirmək istəmirəm.
"Ərizələrinizi göndərin və uyğun olan ilə 2018-ci il yanvarın 6-ı ailə quracağam. Ərizələr 31.12.2017 gecə yarısına qədər qəbul olunacaq," o yazıb.
Ardınca da postlar paylaşmaqda davam edib.
"Bu barədə ciddiyəm və buna şübhə etməyin. Uğurlar."
O, bir neçə cavab alır, amma aralarında biri - Sophy Ijeoma onun diqqətini cəlb edir.
"Mən istəyərəm, şəxsi mesaj göndər... lols (gülmək işarəsi)," o yazmışdı.
Sophy əvvəlcə bunun zarafat olduğunu düşünüb və məzə olsun deyə cavab yazıb.

Açıq-aydın məqsəd
Sophy-nin mesaj qutusuna Chidimma-dan gələn ismarışın ardınca onun Facebook zəngi, qızın həyatının trayektoriyasını dəyişir.Facebook-dan istifadə edən hər kəs yəqin ki, ən az bir dəfə qəribə bir status yazısı ilə qarşılaşıb.

İlk söhbətlərindən iki gün sonra, Chidimma, yaşadığı şimal şəhəri Abuja-dan 500 km səyahət edərək Sophy-nin yaşadığı şərq şəhəri Enugu-ya gəlib.
Sophy onu bir dükanın qarşısında gözləyirmiş.
"İlk baxışdan sevgi idi," - Sophy xatırlayır.
"O, qarşıma çıxan ən yaraşıqlı kişidir və onu görər-görməz bəyənmişdim."
İki saat çəkən görüşdən sonra, Chidimma Sophy-yə eyni şəhərdə yaşayan əmisi ilə görüşməyi təklif edir.
Sophy-dən nə düşündüyünü soruşur.
O isə deyir ki, hələ də buna bir az zarafat kimi yanaşır, amma həyəcanlıdır və Chiddimma-nın maraqlı xasiyyəti olduğunu fikirləşir.

Ənənə müasirlik ilə görüşür
"Biz onun əmisinin evinə getdik və o dedi: "Əmi, evlənmək istədiyim qadın ilə tanış ol."
Chidimma kimi ailə üzvləri də belə şeylərə pis baxmırlar və ona görə də əmisi öz razılığını verir.

Igbo mədəniyyətində evlilik üçün ailə razılığı çox önəmlidir.
Facebook-dakı yad insanlar arasından gələcək həyat yoldaşını seçmək və altı gün içində onunla evlənmək isə bir o qədər də adi hal deyil.
Onların bir günlük münasibəti irəlilədikcə Sophy, Chiddimma-nın oyun oynamadığının fərqinə varır. Getting family backing for your choice of spouse is an essential part of Igbo culture.
Bəs yenicə tanış olduğun biri ilə necə evlənmək olar ki?
Öpüşüb-öpüşmədikləri barədə bir söz deməyən Sophy, yeni nişanlısına vurulduğunu və onun nə qədər ciddi olduğunu izah edir.
"İlk baxışdan onu cəlbedici sandım, amma mənimlə evlənmək barədə nə qədər ciddi olduğunu bilmirdim.
"Əmisi və əmisi arvadı ilə görüşdükdən sonra, baş verənləri anladım və buna görə özümdən razı idim."

Nişan
İndi isə ailəsini Facebook-da tanış olduğu bir oğlanla evlənməsi üçün razı salmaq növbəsi Sophy-də idi.
İlk baxışdan və ya ilk ismarışdan aşiq olan və Chidimma-nın əmisindən xeyir-dua alan cütlük, həlqəni tamamlamaq üçün eyni gündə Sophy-nin ailəsi ilə görüşmək qərarına gəlir.

Sophy xəbəri anasına necə çatdıracağına böyük əhəmiyyət verirdi. Onun atası artıq həyatda deyildi. Anası isə öhdəliyi böyük oğlunun bonuna qoymuşdu.
Elə bil ki, hər şey onların tərəfində idi. Sophy-nin qardaşı da öz xeyir-duasını əsirgəmir.
Böyük qardaşın bir neçə sualından sonra, artıq hər şey rəsmi idi - Chidimma və Sophy nişanlanırlar və altı gün sonra baş tutacaq toylarına hazırlıq başlanır.

Toy ərəfəsi
Ötən il Chidimma başqa bir qadın ilə nişanlı imiş və toy dekabra təyin olunubmuş. Amma onların münasibəti martda pozulur və bu, Chidimma-ya çox pis təsir edir.
Dekabr yaxınlaşdıqca o, arzusunu həyata keçirib, ailə qura bilməyəcəyidən narahatlıq keçirməyə başlayır.

"Mən evlənmək arzusunda idim, ürəyimdə artıq tarixi da müəyyənləşdirmişdim. Amma gəlin yox idi, buna görə də zarafat kimi də olsa, reklam yerləşdirmək qərarına gəldim. Amma təkliflərə açıq idim."
Sophy-dən Chidimma-nın əvvəlki münasibəti və bu haqda nə düşündüyünü sual etdikdə o, Chidimma-da səhv görmədi.
"Olan-olub, keçən-keçib, bunlar məni heç maraqlandırmır. İstədiyin şeyi tapdınsa, əldən verməməlisən."
Cütlük Facebook-da bir ildən artıq dost olsalar da, həmin reklama qədər bir dəfə belə olsun nə danışıb, nə də görüşüblərmiş.
Münasibətin başlaması üçün "Mən istəyərəm, şəxsi mesaj göndər... lols" demək bəs imiş.
Sophy boynuna alır ki, dostları bütün məsələyə skeptik yanaşıblar və hələ də bəziləri buna inanmır. Amma özünün də dediyi kimi: "Birdən elə birisi qarşına çıxır ki, onun gözlədiyin adam olduğunu dərhal anlayırsan."

Və beləcə şad-xürrəm yaşadılar...?
Onlar yanvarın 6-sı ənənəvi Igba mərasimi ilə evləniblər və toy günündən olan şəkillərini əlbəttə ki, Facebook-da paylaşıblar. Sosial media icması bunu sevinclə qarşılayıb.
Chidimma, insanlar bunu zarafat kimi yozsalar da, əslində isə hər şeyin həqiqət olduğunu izah edən bir status yazısı da paylaşıb.
Gözlənildiyi kimi cütlüyün münasibəti barəsində qarışıq fikirlər səsləndirilib.
Amma heç şübhəsiz ki, bir çoxu onlara dəstək olub.
Chidimma-nın sözlərinə görə, onlar apreldə kilsə toyu etməyə hazırlaşırlar və sonra da bal ayına getməyə ümid edirlər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI