PARADOKS

AKTUAL

“Azərbaycanda turizm dövriyyəsinin ÜDM-də payı 1%, Gürcüstanda 7%-ə çatır” - İQTİSADÇI

14-01-2018, 09:32
  •     
  • Ölkə |
  •  Oxunma: 53

“Azərbaycanda turizm dövriyyəsinin ÜDM-də payı 1%, Gürcüstanda 7%-ə çatır” - İQTİSADÇI “Turizmin inkişafının dövriyyəyə müsbət təsirlərini qiymətləndirmək üçün məlumat yetərli deyil. Turizm dövriyyəsi genişlənsə, ÜDM-də payı arta bilər. Bu gün turizm dövriyyəsinin ÜDM-də payı 1% ətrafındadı. Müqayisə üçün deyim ki, Gürcüstanda 7%-ə çatır”.
Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev deyib.

“Son 4-5 ildə Turizm istiqamətdə hansı dinamika olub?”

Ağayev hesab edir ki, turizm dövriyyəsi genişlənsə, bu sahədə çalışan işçilərin sayı və onlara görə ödənən fiziki şəxslərin gəlir vergisi, müəssisələrin ƏDV və ya sadələşdirlimiş vergi həcmi, mənfəət vergisinə görə ödəmələrin həcmi arta bilər, sosial sığorta haqları genişlənə bilər: “Son 4-5 ildə bu istiqamətdə hansı dinamika olub? Gərək, bunun cavabını hökumət rəsmi məlumatlar əsasında versin. Heç bir açıq mənbədə bu cür informasiyalar yoxdu, ona görə müstəqil təhlilçilər nə desə, səhih olmayacaq”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI