PARADOKS

AKTUAL

Azərbaycanda nə qədər məscid və kilsə var?

11-01-2018, 03:18
  •     
  • Ölkə |
  •  Oxunma: 60

Azərbaycanda nə qədər məscid və kilsə var? Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra 793 dini qurum qeydiyyatdan keçib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konfessional baxımdan dini qurumların 765-i İslam, 28-i isə qeyri-islam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.
2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.
Ölkə ərazisində 2250 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir. Ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.
Həmçinin Azərbaycan ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI