PARADOKS

AKTUAL

“ABŞ KXDR ilə danışıqlara hazırdır”— Donald Tramp

11-01-2018, 03:14
  •     
  • Ölkə |
  •  Oxunma: 71

“ABŞ KXDR ilə danışıqlara hazırdır”— Donald Tramp Bu gün ABŞ prezidenti Donald Tramp Cənubi Koreya prezidenti Mun Çje İn ilə telefonla danışıb.
Muxalifet.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Verilən məlumata görə, telefon danışığına təşəbbüs D.Tramp tərəfindən irəli sürülüb.
Danışıq zamanı D.Tram bildirib ki, ABŞ Şimali Koreya ilə danışıqlara həmişə açıqdır. Onun sözlərinə görə, Cənubi Koreya ilə Şmali Koreya arasında dialoq ABŞ-la Şimali Koreya arasında danışıqların başlanğıcını qoya bilər.
İki ölkə rəhbəri gələcəkdə KXDR ilə danışıqlarda birgə iştirak edəcəkləri barədə razılığa da gəliblər. D.Tramp vurğulayıb ki, Cənubi Koreya ilə münasibətləri yaxşılaşdırarsa, KXDR ilə müharibə etməyəcək.
Qeyd edək ki, bu, ABŞ və Cənubi Koreya liderləri arasında bu həftə ərzində artıq ikinci telefon danışığıdır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI