PARADOKS

AKTUAL

Ölkədə mobil operator abunəçilərinin müxtəlif maxinasiyalarla üzləşməsi artıq adi hal alıb

6-06-2014, 16:39
  •     
  • Ölkə, |
  •  Oxunma:

Ölkədə mobil operator abunəçilərinin müxtəlif maxinasiyalarla üzləşməsi artıq adi hal alıb
Əsasən operatorların abunəçilərin “cibinə” – balansına girməsindən şikayətçi olanlar indi də başqa bir fırıldaqla üzləşiblər.
Son dövrlər dələduz abunəçilərin peyda olması barədə tez-tez müxtəlif söhbətlər işidirik. “AzerFax" xəbər verir ki, xüsusən “Azercell” abunəçisi olan həmin dələduzlar müxtəlif abunəçilərin nömrəsinə öz nömrələrindən belə bir meşaj göndərirlər: «Hörmətli abunəçi, 050.........- nömrəsindən sizin balansınıza 20 manat yüklənildi”. (Adətən belə mesajlar aperatorun qısa nömrələrindən gəlir). Bir neçə dəqiqədən sonra isə həmin abunəçiyə zəng vurulur: “Səhvən sizin balansınıza 20 manat yükləmişik. Xahiş edirik ki, pulu geri qaytarasınız”. Telefonun funksiyaları barədə dərin məlumatı olmayan, balansı yoxlamağı bacarmayan abunəçilər dələduzların bu hiyləsinə aldanıb 20 manatlıq kontur alaraq şifrəsini deyilən mömrəyə göndərirlər. Əlbəttə, aldanmayan abunəçilər də var. Amma tamamilə mümkündür ki, 5 abunəçidən heç olmasa 1-i aldansın.

Belə hadisələrdən biri də bu gün tanınmış yazarlardan birinin başına gəlib. “AzerFax”a verilən məlumata görə, 050 303 37 25 nömrəsindən yazarın nömrəsinə mesaj gəlib: “Sizin balansınıza 20 manat yüklənilib”. Bir neçə dqiqədən sonra isə həmin nömrədən zəng gəlib: “Pulumu geri qaytar, səhv göndərmişəm”. Nə baş verdiyini başa düşən həmkarımız həmin adamı görüşə dəvət edib və bildirib ki, gəlib 20 manatı götürə bilər. Dələduz abunəçi isə cavabında Gəncədə yaşadığını və ona görə də 20 manatlıq konturun o deyəcəyi nömrəyə göndərilməli olduğunu bildirib. Həmkarımız ona layiq olduğu cavabı verdikdə abunəçi dərhal xəttən itib.

Məlumata görə, yuxarıda qeyd olunan nömrədən daha bir neçə abunəçiyə eyni məzmunlu mesaj göndərilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI