PARADOKS

AKTUAL

​Zaxarovadan Consona cavab: Britaniya kimi...

17-12-2017, 20:54
  •     
  • Ölkə |
  •  Oxunma: 99

​Zaxarovadan Consona cavab: Britaniya kimi... İngiltərə Xarici İşlər naziri Boris Consonunun Rusiya ilə Spartanı müqayisə etməsi yanlışdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Feysbuk hesabında yazıb.
“Müqayisə yanlışdır. Məsələ Rusiyanın Avropa ölkələrində fərqli olaraq təcavüzkar olmamasında deyil. Afina və Sparta arasında ziddiyyətlərin məğzi, ikincinin əsasını təşkil edən oliqarxiya... Güman edirəm Böyük Britaniya qədər oliqarxik bir ölkə təsəvvür etmək mümkün deyil”, - XİN sözçüsü bildirib.
Qeyd edək ki, Conson Rusiyanın Sparta kimi qapalı və təcavüzkar ölkə olduğunu, Afinanın isə demokratiya və mədəniyyətlə Avropaya bənzədiyini bildirmişdi.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI