PARADOKS

AKTUAL

Heydər Əliyev Azərbaycanı real parçalanma və məhv olma təhlükəsindən xilas etmişdir

17-12-2017, 20:41
  •     
  • Ölkə |
  •  Oxunma: 75

Heydər Əliyev Azərbaycanı real parçalanma və məhv olma təhlükəsindən xilas etmişdir Heydər Əliyevin yenidən böyük siyasətə qayıtması, xalqımızı kölə vəziyyətdə olan daxili və xarici qüvvələrəi təşvişə salmışdı.



«Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz, bundan sonra heç bir qüvvə Azərbaycanın dövlətçiliyini məhv edə bilməz».

Heydər Əliyev

Xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri, 34 il Azərbaycan Respublikasına rəhbərlik etmiş xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi idmançıların da qəlbində həmişə yaşayacaqdır. Qədir bilən Xalqımız bunu hələ sonra hiss edəcəkdir. Təkcə ona görə yox ki, liderimiz Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunun memari idi, həm də ona görə ki, Azərbaycan xalqının hər bir nümayyəndəsi bu böyük insanı ölkənin milli təhlükəsizliyinin və sosial-iqtisadi rifahının təminatçısı kimi qəbul edirdi. Bu qeyri-adi şəxsiyyət Azərbaycanı inkişaf yoluna gətirib çıxarmışdı. Axı bu gün xalqımızın orta və gənc nəsillərinin inkişafı, cəmiyyətdə formalaşması məhz bu böyük şəxsiyyətin dövlətimizin sükanı arxasına keçdiyi illərə təsadüf edir.

XX1 əsr bəşəriyyətə sox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcədə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xöşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. Çün ki, tarixdə onun Heydə Əliyev kimi dühası, müdrik rəhbəri var idi. Heydər Əliyev XX1 əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınan və tarixə daxil olmuş bir şəxsiyyət idi. Fəxr edir ki, 34 illik çoxcəhətli fəaliyyəti müdrik rəhbərliyi ilə Azərbaycan xalqının tarixində böyük rol oynamış bu böyük şəxsiyyət bizim ümummilli liderimizdir. Heydər Əliyevin respublikaya rəhbərliyi həqiqətən onun çox zəngin fenomen olduğunu təsdiq edirdi. Onun möhkəm inamı, hər şeyə nüfuzetmə qabiliyyəti, qibtə doğuracaq hafizəsi hamını heyran edirdi. Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sahəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq, təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınmağa başladı. Heydər Əliyevin ikinci dəfən hakimiyyətə qayıtması xalqımıza, Azərbaycana müstəsna uğurlar gətirib.

Azərbaycan tarixində fərəhli, şərəfli günlər çoxdur. Ancaq bunların içərisində müstəqillik bayramı xüsusi yer tutur. Biz birinci dəfə deyil ki, müstəqil dövlət yaradırıq. XX əsrdə üç dəvə dövlət yarada bilmişik:

1918-20-ci illərdə Azərbaycan xalq Cümhuriyyəti, 1920-21-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikası və nəhayət, 1988-ci ildə baş verən hadisələrin davamı olaraq 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa edə bildik. Ancaq 1918-20-ci illərdəki müstəqilliyi qoruyub saxlaya bilmədik. Bu hadisələrin nəticəsi hamımıza tarixən yaxşı məlumdur. Ondan sonrakı sovet dövründəki müstəqillik itirildiyi şaraitdə yaşadığıimız illər də tarixdən bizə yaxşı məlumdur. Çox da uzaq olmayan tariximiz 1988-1990-cı illər də yaxşı yadımızdadır. Belə ki, ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq tələbləri, bunun ardınca məlum Sumqayıt hadisələri, hegomonluğunu itirmək istəməyən imperiyanın Bakıda törətdiyi Qanlı Yanvar hadisələri, bunların ardınca isə Azərbaycanın o zamankı fərasətsiz rəhbərlərinin yetirdikləri siyasəti ucbatından torpaqlarımızın bir qisminin itirilməsi baş verdi. Müstəqillik zərurəti bax belə bir şəraitdə yarandı. Məlum olduğu kimi müstəqillik asanlıqla qazanılmamışdır. O, Azərbaycanın mərd oğul və qızlarının qanı bahasına əldə edilmişdir. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycan özünün itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Bu, çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqillik şəraitində yaşayaraq demokratiya yolu ilə irəliləyib, öz müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Dünya dövlətldəri sırasına çıxmaq, Azərbaycan adını, Azərbaycan dövlətini dünyaya tanıtmaq imkanı əldə etdik. Lakin təəssüflər olsun ki, bu sevincimiz içərisində sox acılı, məşəqqətli günlərlə rastlaşdıq. 1991-1993-cü illərdə müstəqillik yollarında çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Qarşıqlıq, anarxiya xaos, böyük qorxu, nigarançılıq, müsibətlər şəraitində yaşamalı olduq. Nəhayət, 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi ilə üz-üzə dayandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın özünün itirilməsi təhlükəsi yarandı. Belə bir şəraitdə ölkənin güclü bir liderə ehtiyacı yarandı. Ümidin itirən xalq qaranlıqlar içərisində yol axtara-axtara hara, hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Xalq başa düşdü və yəqin etdi ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.

Beləliklə, Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qaydışı ilə Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrü başlandı. Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi.

İndi həmin vaxtdan 24 il keçir. Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, 1991-cı ildən yenidən bərpa edilmiş müstəqilliyimizin tarixi elə 1993-cü ildə başa çatmış olacaqıdı. Yəqin ki, biz bu kün çətinliklə əldə oluunmuş müstəqilliyimizin 24 illiyini görə bilməyəcəkdik.

1988-ci ilin 17 noyabrında tələbələrin təşəbbüsü ilə başlanan mitinq tezliklə qüdrətli xalq hərəkəatına çevrildi. Ana torpağımıza uzanan xain əllər geri çəkilmək bilmir, bəd əməllərin və məkrlə yoğrulmuş çirkin niyyətlərin, yersiz iradların və amansız ittihamların ardı-arası kəsilmirdi.

1988-ci ilin əvvəllərində Ermənistanda yaşayan azərbaycanlıllara sözün əsl mənasında divan tuturdu. Qışın oğlan çağında ayaqlayın, başı açıq meşələrə, dağlara qovulan, qar uçurumları altında qalan körpələrimizin, qız-gəlinlərimizin ahnaləsi eşidilməz oldu.

Ermənistanda zəlzələ xəbəri hələ mərkəzə çatmamış biz mülki-müdafiə dəstələri yaradıb adını da qoyduq «könüllülər dəstəsi». Zəlzələdən bircə gün əvvəl həmin rayonlarda yaşayan azərbaycanlılıarın diri-diri yandıran ermənilərə belə alüdə olduq ki, «köməyə tələsənləri» təyyarəyə mindirib yola salanda onların siyahısını tutmadığıda unutduq. Hələk olanları bir neçə gündən sonra müəyyən edə bildik.

Xvlqımızı aldatdılar, qanına qəltən elədilər. Əvvəlcədən düşünülmüş ssenari üzrə igid cavanlarımıza, ana-bacılarımıza, hətta körpələrimizə də qıydılar.

Televiziya qurğuları dağıdıldı, radionun səsi kəsildi. Şəhərin «əməliyyat» aparılacaq massivlərində elektrik xətlərini iflic etdilər ki, xəbərdarlıq etmədən əliyalın, dinc əhaliyə divan tutsunlar, bəd əməllərini görən olmasın, istədiklərini edə bilsinlər. Ayrı-ayrı adamların məsuliyyətsiz çıxışlarını öz suverenliyini, azadlığı uğrunda ayağa qalxan adı ilə bağlayıb «başqa çıxış yolu yox idi» deyərək qırğın törədənlər üçün əslində ən əlverişli fürsət ələ düşmüşdür.

Şəhərdə sabitlik yaratmaq əvəzinə dörd səhv meyl qəbul edildi: 1.Ümumi tətillər. 2. Şəhəri qorumaq məqsədilə yollarda kütləvi piketlər təşkil etmək. 3. Mitinqlərin MK qarşısına köçürülməsi. 4. İstefa şüarı. Bunların hamısı böhranı dərinləşdirdi. Hərəkatın dinc xarakterini qoruyacaq yeganə doğru şüar Respublika Ali Sovetini çağırıb Ermənistanla sərhəddəki toqquşmalara rəsmi siyasi qiymət verməyi tələb etmək idi.

Bakıda fövqalədə vəziyyət barədə fərman «Zaman» proqramında elan olunmalı idi. Amma televiziyanın enerji blokunun partladılması buna imkan vermədi. Bakı əhalisi şəhərdə fövqalədə vəziyyət elan olunuduğunu ancaq səhər saat 6-ya qədər yüzülərlə adamın qanı axandan sonra bildi. Qanlı yanvar günlərində xalqımız öz yolunu müəyyənləşdirdi, qanı axa-axa, hər cür mərhumiyyətlərə sinə gələ-gələ azadlığa döğru addımladı.

Mərkəzdə ki, Azərbaycana düşmən qrupların və daxildəki satqınların səyi nəticəsində azərbaycanlılıarın Qarabağdakı dədə-baba torpaqlarından köçürülməsi həyata keçirildi, xalq hərəkatı içərisində təfriqə salındı. Nəticə də Azərbaycan öz tarixi ərazisi olan Qarabağı tamamilə əldən verdi. Bunun ardınca tarixi cinayyət-90-cı ilin Qanlı Yanvar qırğını baş verdi: 750 nəfər yaralandı, 131 nəfər şəhid oldu. Onlardan – 117-si azərbaycanlı, 6-sı rus, 3-ü tatar və 3-ü yəhudi olub.

Rus ordusunu Qarbaçovun başçılığı ilə Bakıda törətdiyi dəhşətli hadisəni bütün dünyaya bəyan etmək üçün Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayyəndəliyinə gəlir. Xarici jurnalistlərin qarşısında Heydər Əliyev SSRİ-i tarixində ilk dəfə olaraq o dövr ki, Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Mixail Qorbaçovu Azərbaycan xalqının qətilində ittiham edir. Bu çıxışdan sonra isə Heydər Əliyev xalqının ağır və faciəli günlərində vətənə dönməyi qərarlaşdırır. Dağılmaqda olan imperiya Heydər Əliyevin şəxsiyyətinə və bu dahi insanın siyasi baxışlarına yaxşı bələd olduğu üçün onun öz doğma vətəninə dönməsinə böyük manelər törətməyə başlayır. Amma bu dahi siyasətçi Heydər Əliyev bütün bu maneələri dəf edərək Bakıya dönməyə müvafiq olur. Bu dövrdə öz çirkin əməllərini həyata keçirmək istəyənlər Heydər Əliyevin Bakıda siyasi faliyyət maneələr yaradır və onun ölkənin tərk etməsini istəyirlər. Xalqımızın fəlakətlərə sürükləndiyi bir vaxtda, erməni işğalçılarını ölkəmizin içərilərinə doğru hərəkət etdiyi bir zamanda Naxçıvan əhalisi yekdillik və uzaqgörənliklə Heydər Əliyevi Azərbaycan Respublikası Ali Sovetinə deputat və özünə rəhbər seçdi. Yalnız bundan sonra taleyin ümidinə buraxılmış Naxçıvan, Qarabağ və ümumiyyətlə bütöv Azərbaycan fəlakətdən qorunmuş oldu.

Heydər Əliyevin yenidən böyük siyasətə qayıtması Azərbaycanı bir dövlət kimi qayıtmaq, xalqımızı kölə vəziyyətdə olan daxili və xarici qüvvələrəi təşvişə salmışdı. Onlar hər vasitə ilə ona qarşı çıxırdılar. Xalq isə aydın başa düşürdü ki, Heydər Əliyevə qarşı aparılan bədnam kampaniya əslində antiazərbaycan siyasətin tərkib hissəsidir.

O dövr ki, hakimiyyətin səriştəsizliyi üzündən Azərbaycan bir dövlət kimi dünya xəritəsindən silinmək üzrə idi. Daxildə baş qaldırmış qiyamlar ölkəni və xalqı məhvə sürükləyirdi. 1993-cü ilin məlum iyun hadisələri, Gəncədə qardaş qanının axıdılması vətəndaş müharibəsinin başlanğıcı idi. Bütün bunlar, şübhəsiz ki, 1988-ci ildən etibarən Azərbaycanda gedən məkirli siyasi oyunların məntiqi nəticəsi idi.

Azərbaycanı real parçalanma və məhv olma təhlükəsindən xilas edə biləcək yeganə bir şəxsiyyət Heydər Əliyev idi. Elə buna görə də Heydər Əliyev xalqın yekdil və qəti iradəsi ilə, demokratik və qanuni yolla yenidən ölkə rəhbərliyinə qayıtdı. Təsadüfi deyil ki, tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir vəzifəni məhz Heydər Əliyevin qadir əllərinə tapşırdı. İnamla demək lazımdır ki, yalnız 1993-cü ilin yayında (iyun ayının 9-da) xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra illərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. Azərbaycanda yeni tarixi mərhələ-dövlət müsəqilliyinin möhkəmləndirilməsi, real quruculuğu başlandı. Öz müstəqilliyini bəyan etmiş Azərbaycanın müstəqil ordusunun yaradıılması tarixi zərurət idi. Ermənistanın ölkəmizə xaincəsinə basqını və torpaqlarımiızın 20 faizindən çoxunu zəbt etməsi bizi azadlıq uğrunda müharibəyə qaldırdı. Qanlı döyüşlər getdi. 2 noyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan xalqına ’’Qalx ayağa Azərbaycan’’ deyə müraciət etdi. Onun müraciəti bütün Azərbaycan vətəndaşları kimi, əsgərlərimizi, matrosçularımızı, gizirlərimizi və genirallarımızı da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə daha da ruhlandırdı. Azərbaycanın xöşbəxt gələcəyinə inamı daha da artdı. 1993-cü ilin sonunda və 1994-cü ilin əvvəllərində ümummilli liderimiz Heydər Əliyevin səngərlərimizə şəxsən baş çəkməsindən sonra isə döyüşçülərimiz, Füzuli, Goronboy cəbhələrində itirilmiş torpaqlarımızın bir hissəsini azad etdilər və Trtər bölgəsində düşmən qüvvələrinə imkan vermədilər. Düşmən xeyli itgiyə məruz qaldı. Xankəndi ətrafında düşmənlə döyüşə girən, Etibar İsmayılovun şücaəti buna parlaq misaldır. Etibar düşmən tankının altına atılaraq onu partlatmış, özü həlak olmuş və otuz nəfər aəzərbaycanlı əsgəri ölümdən xilas etmişdir.

Son 24 il ərzində xalqımızın Üummilli lideri Heydər Əliyevin ölkədə yeridilən müdrik daxili və xarici siyasət nəticəsində milli müstəqillik xətti dönmədən həyata keçirilmiş, hüquqi demokratik dövlət quruculuğu, Miili Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görülmüşdü. Ümummilli liderimiz Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri ilə, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdıırmış və bununlada ölkəmizə diqqət və maraq qat-qat artmışdır. Siyasi-iqtisadi əlaqələrimiz genişlənmiş, mühüm müqavilə və sazişlər imzalanmışdır. Bütün bunlar Azərbaycan xalqının, gənc müstəqil Respublikanın tarixi nailiyyətidir.

Eyni zamanda Qarabağ münaqişəsinin dinc yolla nizama salınması, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasət yürüdülmüşdür. Belə ki, 1994-cü ilin mayın 12-dən etibarən əməl olunan atəşkəsin Ermənistanın müdafiə naziri, o, cümlədən DQ ordu komandiri 1994-cü il iyulun 27-də yazılı surətdə təsdiq edilməsi alqışlanır. Belə uzunmüddətli atəşkəsin əldə edilməsi problemi sülh yolu ilə həllində ilkin mərhələ, zəruri siyasi addımdır.

Bu dövrdə Azərbaycanın iqtisadi-siyasi həyatında mühüm demokratik dəyişiliklər baş vermiş, aqrar islahatların aparılması haqqında qanunlar, eyni zamanda özəlləşdirmə qanunu və konsepsiya qəbul edilmişdir. Azərbaycanda iqtisadi potensialı hərəkətə gətirmək, maliyyə sistemində köklü dəyişiliklər sahəsində ciddi addımlar atılmışdır.

Respublikamızın dövlət müstəqilliyinə, suverenliyinə qənim kəsilən düşmən qüvvələri narahat edən də məhz bu uğurlu siyasətidir.

Azərbaycanda dövlət müstəqilliyi xəttinin uğurlarını görən daxili və xarici antiazərbaycan dairələr daha kəskin və təhlükəli siyasi təxribatlara əl atdılar. Fəlakətli vətəndaş müharibəsinin və Azərbaycan müstəqilliyinin məhvolma təhlükəsinin qarşısını məhz Heydər Əliyev aldı.

Oktyabr və mart dövlət çevrilişləri cəhdlərinin qarşısının alınması xalqımızın ümummilli lideri Heydər Əliyevin işıqılı dühası, zəngin siyasi təcrübəsi, xalqa tam vəhdəti, beynəlxalq nüfuzu, ən gərgin və həlledici anlarda vəziyyəti real qiymətləndirmək bacarığı və qətiyyəti sayəsində mümkün oldu. Dövlət çevrilişinə cəhd göstərən xəyanətkar qüvvələr hər şeyi əvvəlcədən ciddi ölçüb-biçsələr də bir həqiqəti unutmuşdular. Buda xalq amili idi. Oktyabr və mart hadisələrində Azərbaycan xalqı dövlətçilik prinsiplərinə sədaqətini, siyasi yetkinliyini, müstəqillik ideyalarını ümummilli ideala çevrildiyini, iqtidarın yürütdüyü xarici və daxili siyasəti dəstəklədiyini yekdilliklə nümayiş etdirdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyev bu hadisələr zamanı müstəsna dözüm, mətanət və siyasi müdriklik göstərərək xalq iradəsinin yeganə təmsilçisi dövlət təhlükəsiszliyimizin yeganə təminatçısı olduğunu bir daha sübut etdi. Düşmənin məkirli planı, Azərbaycanı daxildən parçalamaq niyyəti növbəti dəfə dövlət başçısının siyasi uzaqgörənliyi, qətiyyəti və sarsılmaz iradəsi ilə qarşılaşdı və puça çıxdı.

2 fevral 1996-cı ildə Renspublika sarayında müstəqil Azərbaycan Respublikası Gənclərinin birinci forumu keçirildi. Müstəqil Azərbaycan Respublika gənclərinin birinci forumunda xalqımızın ümumilli lideri Heydər Əliyev çox məzmunlu nitqlə çıxış edib, gənclərin qarşısında duran proqram tələblərini bildirdi:

-indi ordumuzun 90 faizini gənclər təşkil edir, Gənclər Təşkilatının, gənclərin əsas vəzifəsi hər bir gənci, hər bir Azərbaycan övladını orduya xidmətə hazırlamaqdan idarət olmalıdır. Bizim güclü ordumuz olmalıdır. Ona görə yox ki, biz yenidən hərbi əməliyyatlara başlamaq istəyirik. Yox, sadəcə olaraq Müstəqil Azərbaycan Respublikasının özünə məxsus güclü ordusu olmalıdır.

Gənc nəslin hərbi-fiziki tərbiyəsi həmişə aktual olmuuşudur.

Bunsuz xalqın milli yaddaşının inkişaf etdirmək qeyri-mümkündür. Müstəqil dövlət şəraitində böyüməkdə olan nəslin hərbi-fiziki tərbiyəsini elə təşkil etmək lazımdır ki, o, əzabla əldə edilmiş müstəqilliyi qoruyub inkişaf etdirməyə qadir olsun.

Hərbi-fiziki tərbiyə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qorumağa hazır olmaq ruhunu aşılamağı zəruri edir. Erməni təcavüzkarlarının Respublikamıza qarşı apardığı elan olunmamış müharibə göstərir ki, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi daha da gücləndirilməlidir.

Dünya şöhrətli siyasətçi xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatında millətin yaddaşına yazılmış anlar, məqamlar çox olmuşdur. Onun Lissabon sammiti zamanı göstərdiyi müdriklik xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Bu bir həqiqətdir ki, neçə illərdən bəri Ermənmstan, onun havadarları dünya diplomatiyası sahəsində Azərbaycan xalqının mifik ’’adam yeyən’’ obrazını yaratmışdı. Azərbaycan siyasət aləmində tənha qalmışdı. Dost xalqlar da Azərbaycan xalqının haqq sözünü deməkdə çətinlik çəkirdi. Hər yerdə Azəpbaycan günahkar hesab edilirdi. Heydər Əliyevin hakimiyyətə gəlişi dynüa siyasət aləmində Azərbaycan haqqında yaranmış qeyri – obyektiv münasibət və baxışları alt-üst etdi. Onun uzaqgörən siyasəti addım-addım böyük Çin səddini keçib Avropaya pəncərə açdı, BMT-nin yüksək kürsüsündən dünyaya yayıldı. Azərbaycanın haqq sözünü deyənlərin sayı artdı. Lissabon sammiti bu haqq və ədalət sözünün yüksək zirvəsi oldu. Azərbaycan xalqı mavi ekran qarşısında ən gərgin səhnənin şahidinə çevrildi. 52 dövlət bəyamnaməsində 20-ci maddədə irəli sürülmüş prinsipləri, Azərbaycanın xeyrinə müdafiə etdi. Bu xalqımızın yaddaşına həkk olunası ən zəruri məsələ idi. Ən nəhayət, böyük qələbə idi, fəlakətlərlə dolu olan müharibəyə dərin nifrət idi.

Lissabon görüşü Azərbaycan üçün çox faydalı olmuşdur. Çünki Azərbaycan artıq özünün ərazi bütövlüyünün tanınması haqda razılıq əldə etmişdir. Bu prinsiplərin təsdiqi bütün dünyaya göstərdi ki, Azərbaycan öz mövqeyində qəti dayanmışdır. Lissabon görüşü göstərdi ki, ermənilər, erməni təcavüzləri ifşa olunmuşdur. Beynəlxalq ictimaiyyət ermənilərin təcavüzkar siyasətlərini pislədi. Dünya ictimaiyyəti bildi ki, ermənistan yeganə dövlətdir ki, məsələnin sülh yolu ilə həllinə mane olur.

Belə vəziyyətdə xalqımızın ümummilli lideri Heydər Əliyev 1996-cı ilin noyabr ayında ATƏT dövlətinin başçılarını bu üç prinsipin vacibliyi və ATƏT-in bütün üzvləri tərəfindən bəyənilməsinin zəruriliyi barədə müraciət etdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyev dünyanın ən təcrübəli və görkəmli siyasətçilərindən biri olaraq respublikamızda demokratiyanın, insan haqqlarının qorunması, Azərbaycanın torpaq bütövlüyünün və müstəqilliyinin möhkəmləndirilməsi yolunda əldə etdiyi tarixi nailiyyətlərinə görə 1997-ci ildə Türkiyənin «Nərgiz TV» televiziya kanalının keçirdiyi rəy sorğusunda qalib gələrək – insan haqları və ilin dövlət adamı mükafatına layiq görülmüşdür.

Azərbaycan xalqı bu günkü həyata asanlıqla çatmamış, böyük mübarizə yolu keçmişdir. Biz XXI əsrdə xalqımızın mübarizəsi, başına gətirilən müsibətlər haqqında əsl həqiqəti gəncliyə vaxtında çatdırmalı, onları mənəvi cəhətdən ruhlandırmalı, tarixin qanlı hadisələrini unutmamağa və gələcək hadisələrə hazırlamalıyıq.

Qurtuluş günü ilə başlanan müasir tariximizin 24 illik dövründə əldə olunmuş nəaliyyətələrə görə xalqımız xilaskar liderimiz Heydər Əliyevə minnətdardır. Bu günkü sabitliyi, əminamanlığı xalqımıza məhz Heydər Əliyev bəxş etmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qaydışı həlli çətin görünən bir çox məsələləri reallığa çevirdi. Azərbaycan bütün dünyada tanındı.

Belə bir ağır, təhlükəli dövr də ümummilli liderimiz Heydər Əliyev xalqın dadına yetişdi. Bu qayıdışla o, Azərbaycanda vətəndaş müharibəsini aradan qaldırdı. Düşmənlərimizin Azərbaycanı parçalamaq, məhv etmək planlarını puça çıxardı. Xalqımız, Müstəqil Azərbaycan fəlakətdən xilas oldu.

Bu gün düşmən ayaqları altında inildəyən Vətən torpağı bizim hər birimizi haraya çağırır… Ataların, babaların məzarları mənfur erməni cəlladlarının təhqirinə məruz qalıb. Onların ruhu bizi köməyə səsləyir. Müqəddəsdən-müqəddəs olan Vətən təhlükədədrir. Artıq ölüm və ya olum vaxtı çatıbdır. Əsirlikdə minbir əzab-əziyyətlərə, məhrumiyyətlərə düçar olan həmvətənlərimiz bizdən imdad gözləyir. Bu gün namusu, qeyrəti olan hər bir azırbaycanlı müharibənin qələbə ilə başa çatmasına öz şəxsi göməyini əsirgəməməlidir.

Hər birimizin borcudur ki, Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini gözbəbəyi kimi qoruyaq. Onun layiqli davamçısı gənc və qətiyyətli prezident İlham Əliyevin ətrafında sıx birləşməklə biz o dahi şəxsiyyətin milli simvola çevrilməsinə nail olacağıq.



Dilqəm Quliyev,

professor


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI