PARADOKS

AKTUAL

Aynur Səfiyeva: “Hətda Nevrogen oyanıqlıq mədə – bağarsaqda problemlər yarada bilir”

17-12-2017, 20:39
  •     
  • Ölkə |
  •  Oxunma: 16

Aynur Səfiyeva: “Hətda Nevrogen oyanıqlıq mədə – bağarsaqda problemlər yarada bilir” Dəyərli izləyicilərimiz, Millixəbər.az informasiya portalının “Həkimlə biz” rubrikasının Bu dəfəki müsahibi tibb üzrə fəlsəfə doktoru, cərrah , Avropa KoloProktoloji dərnəyinin Azərbaycan üzrə ilk milli təmsilçisi Aynur Səfiyevadır.

Aynur doktur, Ümumi cərrahiyyənin yoğun bağarsaq, düz bağarsaq, perinal bölgə xəstəlikləri ilə məşğul olan proktoloq kimi bu xəstəliklərdən əziyyət çəkən passiyentlərə nə məsləhət görərdiniz?

İlk öncə pasiyentlərə tövsiyyə edərdim ki, sağlamlığı ilə bağlı şikayəti olan şəxslər həkim məsləhəti olmadan heç bir dərman preparatlarından istifadə etməsinlər. Həkim məsləhəti olmadan qəbul edilən hər hansı ağrıkəsici preparatlar belə çox vaxt əks təsir göstərə, vəziyyəti daha ağır həddə gətirib çıxara bilər. Misal olaraq: “Filankəs başı ağrayan zaman filan dərmanı içdi və yaxşı oldu.” deyə düşünmək heç də düzgün məntiq deyildir. Çünki, baş ağrısının belə müxtəlif səbəbləri olur. Eləcə də digər müxtəlif orqanların. Yoğun bağarsaq və düz bağarsaq patalogiyaları xəstəliklərinin düzgün müalicəsi üçün ilk öncə xəstəyə düzgün diaqnoz qoyulmalıdır ki, bunun üçün də mütləq şəkildə həkimə müraciət edilməlidir. Həkimin düzgün diaqnoz təyin etməsi üçün ilk olaraq xəstənin şikayəti dinlənilir. Əgər xəstənin qarın boşluğunda kəskin ağrılar olarsa, tez-tez bayıra gedərsə, böyük bayıra getdiyində qanaxmalar müşahidə olunarsa, bütün bunlar həkimə müraciət etmənin vacibliyinin bir xəbərdarlıq siqnalıdır. O ki, qaldi sizin sualınıza, ilk öncə yoğun bağarsaq nədir və harda yerləşir sualına cavab verək. Yoğun bağırsaq həzm traktının nazik bağırsaqdan sonra gələn hissəsi olub, davamını düz bağırsaq təşkil edir və anal kanalla bitir yoğun bağarsaq xəstəlikləri həm funksional pozğunluqlar, həm iltihabi xəstəliklər , həm bağarsağin xoşxassəli törəmələri, həm də bədxassəli törəmələrini əhatə edir. Bu baxımdan doğru diaqnostika, düzgün anamnez, korrekt müalicə bizə xəstəlik üzərində qələbəyə yardımçı olur. Son illərin ən geniş yayılmış xəstəliklərindən biri də “qıcıqlanmış bağarsaq sindromudur” Bu xəstəliyə daha çox səhər əhalisi, stressli işi olanlar, orta yaş qadınlar məruz qalır Bütün bunların esasını isə təbii ki, nevrogen faktorlar təşkil edir. Hansı ki, bu xəstəliyin müalicəsində də ilk öncə bunlara diqqət yetirmək gərəkir. Bağarsağın iltihabi xəstəlikləri, xoş xassəli törəmələri və eləcə də bədxassəli törəmələri geniş müzakirə tələb edən bir mövzu olduğu üçün bu mövzuya gələn müsahibələrdə ayrı ayrılıqda toxunsaq yaxşı olar.



Son olaraq demək istəyirəm ki, sağlamlığınıza biganə qalmayın, çünki, sağlam bədəndə sağlam ruh olar.

Həkimə müraciət etməkdən heç vaxt çəkinməyin.

Hər zaman sizin suallarınızı bir həkim olaraq cavablandırmağa hazıram.

Dəyərli izləyicilərimiz, bütün hallarda xəstəliyin növündən asılı olmayaraq, doğru zamanda doğru həkimə müraciət etmək sağlamlığımız üçün vacib şərtdir. Və biz də bu rubrikamızı təqdim etməkdə məqsədimiz sizlərə doğru həkim seçimində kömək etməkdir.
Nicat Ülfətoğlu Millixəbər.az
Aynur doktorla əlaqə vasitələri:
Tel: (050) 721 91 21
Email:lady_surgeon74@yaho.com
Facebook: Aynur Safiyeva


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI