PARADOKS

AKTUAL

Binəqədi şosesi nə vaxt istifadəyə veriləcək? – AÇIQLAMA

14-11-2017, 03:21
  •     
  • Ölkə |
  •  Oxunma: 9

Binəqədi şosesi nə vaxt istifadəyə veriləcək? – AÇIQLAMA “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Bakının Binəqədi qəsəbəsindəki Binəqədi şosesinin 2.6 kilometrlik hissəsində yenidənqurma işlərinin birinci mərhələsini başa çatdırıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, yolda bütün kommunikasiya xətləri yenilənib, yeni yağış kollektoru çəkilib, yağış-kanalizasiya sistemi qurulub, suların kollektora ötürülməsi üçün yol boyu 300 mm-lik drenaj borular çəkilib, yağış barmaqlıqları qoyulub.

Onun sözlərinə görə, yolun alt hissəsinə 5 yerdə yeni borular atılıb ki, açıq kanallarla gələn sular yolun altından ötürülsün.

A.Nəcəfli bildirib ki, artıq yolda işlərin ikinci mərhələsinə start verilir:

“Noyabrın 11-dən yolun asfaltlanmasına başlanılıb. Yolda yenidənqurma işlərinin noyabrın sonuna kimi tamamlanması və əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI