PARADOKS

AKTUAL

Sumqayıtda Məmməd Araz gecəsi kecirilib

27-10-2017, 09:49
  •     
  • Ölkə, Mədəniyyət |
  •  Oxunma: 94

Sumqayıtda Məmməd Araz gecəsi kecirilib
Sumqayıtda Məmməd Araz gecəsi kecirilib
Sumqayıt şəhərindəki Əli Kərim adına Poeziya klubunda
M.Arazın ən yaxın dostu və həkimi Hacı Cəfər həkim
Quliyevin təşəbbüsü, Azərbaycan Jurnalistlər Birliyi
Sumqayıt şəhər təşkilatının və Əli Kərim adına Poeziya
klubunun təşkilatçılığı ilə Məmməd Araz yaradıcılığına
həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Tədbiri giriş sözü ilə Poeziya klubunun direktoru şair
İbrahim İlyaslı açaraq Məmməd Arazın “Ana yurdum”
şeirini deyib. Sonra söz Hacı Cəfər həkimə verilib. O
deyib:”Məmmədə mən üç dəfə qan vermişəm amma
bilməyib. Axrıncı dəfə bildi,ağladı. Dedi mən
bilməmişəm niyə belə etmisən? Dedim lazım idi. Dedi
onda biz qan yoldaşıyıq.Mən də dedim ki, Məmməd mən
sevinirəm ki, mənim qanım dahi şairin qanında gəzir”.
Şair Əşrəf Şəfiyev dahi şairlə səfərdə olmaları barədə
danışıb: “Növbəti səfərimiz-görüşümüz İmişli rayonunun
Əliqulular kəndində oldu. Orda bir görüş keçirməli idik.
Baxdıq ki, dörd nəfər gəlib. Dayana bilmədim, dedim
dörd nəfərə şeir oxuyacağıq? Məmməd dedi bu gələnlərin
günahı nədi,onlar şeir dinləməyə gəliblər? Məmməd Araz
şeir oxumağa başladı. Beş dəqiqədən sonra bütün zal
doldu. Camaat ayaq üstə qaldı. Məmməd Araza ayaq üstə
qulaq asırdılar.Bəlkədə Azərbaycanda belə görüş
olmamışdı”.

Şair Əvəz Mahmud Lələdağ, Rafiq Oday , Paşa Qəlbinur,
Ofelya Babayeva, Rafiq Yusifoğlu, tənqidçi Vaqif Yusifli
və digərləri çıxış edərək Məmməd Arazla bağlı
xatirələrini söyləyiblər, onun poezipoeziyasından söhbət
açıblar.
Tədbirdə məktəb şagirlərinin ifasında şairin şeiri səslənib,
tanınmış müğənni İlhamə Yusifqızı onun sözlərinə
bəstələnmiş mahnılar oxuyub.
Sonunda millət vəkili Aqil Abbas Məmməd Araz ailəsi
adından tədbiri təşkil edənlərə və tədbir iştirakçlarına öz
minnətdarlığını bildirib.
N.MƏMMƏDOV


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI