PARADOKS

AKTUAL

"Saglam Dünya" İB -"Şəhidlərimizin,milli qəhrəmanlarımızın igidliklərinin təbliginə həsr olunmuş tədbir kecirilib. e

30-09-2017, 14:06
  •     
  • Ölkə, SON XƏBƏR |
  •  Oxunma: 158

"Saglam Dünya" İB -"Şəhidlərimizin,milli qəhrəmanlarımızın igidliklərinin təbliginə həsr olunmuş tədbir kecirilib."Saglam Dünya" İB -"Şəhidlərimizin,milli qəhrəmanlarımızın igidliklərinin təbliginə həsr olunmuş tədbir kecirilib.
"Saglam Dünya" İB -"Şəhidlərimizin,milli qəhrəmanlarımızın igidliklərinin təbliginə həsr olunmuş tədbir kecirilib.
30 sentyabr 2017-cü il

Press-reliz

30 sentyabr 2017-ci il,Bakı şeheri,Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə”Sağlam Dünya”İctimai Birliyi tərəfindən Şəhidlərimizin,milli qəhrəmanlarımızın igidliklərinin təbliğinə həsr olunan tədbir keçrilib.

Tədbirı giriş sözü ”Sağlam Dünya” İctimai Birliyinin təlim üzrə koordinatoru Ramilə Quliyeva açıb. Layihənin rəhbəri,”Sağlam Dünya” İctimai Birliyinin sədri İlqar Quliyev Şəhidlərimizin,milli qəhrəmanlarımız haqqinda cixiş edərək layihə barədə tədbir iştirakçılarına məlumat verib.

Dəyirmi Masada Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri və nümayəndələri, Ermənistanın Azərbaycana qarşı ərazi işğalında iştirak edib döyüşdə yaralanmış əsgər və zabitlərimiz,o cümlədən ermənilərin işğalçılıq siyasətinə qarşı görülən işlərin əsas müəlliflərindən ibarət nümayəndə heyəti iştirak edib. Tədbirdə əsgər və zabitlərimizin qəhrəmanlıq tarixçələri ilə bağlı məlumatlar və görülməli işlərlə bağlı çıxış və təkliflər dinlənilib

Çıxışlarda qeyd olunub ki,gənc nəslin milli mənlik şürunun, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olunması və Qarabağ savaşında, Azərbaycan-Ermənistan cəbhəsinin digər zonalarında ərazilərimizin müdafiəsi və erməni quldurlarından təmizlənməsində igidlik göstərmiş milli qəhrəmanların şəhidlərimizin təbliğ edilməsidir.

Azərbaycan Respublikasında gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq,dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır. Azərbaycan gəncliyi ilə bağlı Dövlət Proqramları yuxarıda sadalanan məsələlərin həlli istiqamətində Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək məqsədilə qəbul edilmişdir.Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki

Azərbaycan müharibə istəmir, ancaq Ermənistan işğalçılıq siyasətini davam etdirsə, Azərbaycan Silahlı Qüvvələri erməni işğalçılarını ərazilərimizdən çıxarmaq məcburiyyətində qalacaq. Nə qədər ki, müharibə qurtarmayıb, Azərbaycan əsgəri, vətəndaşı, bütövlükdə cəmiyyət müharibəyə hazır olmalıdır.

“Sağlam Dünya İctimai Birliyinin mətbuat xidməti


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI