PARADOKS

AKTUAL

“CavanNar” tarifi indi daha sərfəli oldu

28-09-2017, 07:58
  •     
  • Ölkə, SON XƏBƏR |
  •  Oxunma: 80

“CavanNar” tarifi indi daha sərfəli oldu

“Nar” danışıq dəqiqələri, SMS və interneti gənclər üçün eyni, sərfəli tarifdə topladığı
“CavanNar” təklifinə dəyişikliklər etdi. Tarif planı çərçivəsində bonusların təqdim edilməsi
qaydalarına dəyişiklik edən operator, bununla mobil rabitə bazarında gənclər üçün ən sərfəli
təklifi irəli sürdü. Belə ki, gənclər bu tarifə qoşulmaqla hər ay şəbəkədaxili 300
dəqiqə, ölkədaxili 300 SMS və 300 MB internet trafiki əldə edirlər. Gənclər çox sərfəli
ünsiyyət imkanlarını özündə birləşdirən tarifə cəmi 99 qəpiyə qoşula bilərlər.  
Kampaniyaya qoşulmaq istəyən yaşı 16-25 arası olan gənc abunəçilər öz şəxsiyyət vəsiqələri
ilə istənilən “Nar” müştəri xidmətləri və ya mağazasına yaxınlaşa bilərlər. “Nar” tarif və
kampaniyaları haqqında daha ətraflı məlumatı isə nar.az internet səhifəsindən öyrənmək
olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi
irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G
texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir.
Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs
keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-
Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin
93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə
yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI