PARADOKS

AKTUAL

Dostlarını “Nar”-a gətir, 5 ay pulsuz danış!

22-09-2017, 16:56
  •     
  • Ölkə, SON XƏBƏR |
  •  Oxunma: 153

Dostlarını “Nar”-a gətir, 5 ay pulsuz danış!

“Nar”-ın öz istifadəçiləri üçün hazırladığı xüsusi “Dostunu “Nar”-a gətir” kampaniyası davam edir.
Dost və yaxınlarını “Nar” ailəsinə gətirmiş istifadəçilər operatordan balans üçün “mobil pul”
qazanırlar, yəni təklifdən faydalanmaq üçün öz dostlarına “Nar” ailəsinə qoşulmağı tövsiyə
etmiş hər bir kəsin balansına 5 ay müddətində hər dəfə dostunun öz balansını artırdığı
məbləğdə pul gəlir.
Kampaniyada iştirak etmək üçün yeni abunəçi “Nar”-ı ona tövsiyə etmiş şəxsin nömrəsini SMS
vasitəsilə 7774 qısa nömrəsinə göndərməlidir. İştirakçıların nömrələri iki iş günü ərzində
kampaniyaya qoşulur. Yeni abunəçi 5 ay ərzində hər dəfə öz balansını artırdıqda, “Nar”-ı ona
tövsiyə etmiş dostu da öz nömrəsinin balansı üçün eyni məbləğdə pul qazanır. Bu məbləğ
şəbəkədaxili zənglər və SMS-lər üçün istifadə edilə bilər. Bir nəfərin tövsiyəsi ilə nə qədər
çox dostu “Nar” ailəsinə gəlsə, hər dəfə dostlarının öz balanslarını artırması ilə tövsiyəçi də o
qədər çox pul qazanır. Dostunu “Nar”-a gətirərkən, hər iki nömrənin balansına bonuslar gəlir.
Yeni abunəçi kampaniyaya qoşulduqdan sonra hesabını ilk dəfə artırdıqda, balansına həmin
məbləğdə bonus qazanır. Bu bonus 150 gün müddətində istifadə edilə bilər.
“Dostunu “Nar”-a gətir” kampaniyasında 90 gündən az olmayaraq şəbəkədə aktiv olmuş cari
abunəçilər iştirak edə bilərlər. Nömrəni aldıqdan sonra yeni “Nar” abunəçisinin tövsiyəçi
dostunun nömrəsini 5 gün ərzində SMS vasitəsilə 7774-ə göndərmək imkanı var. “Dostunu
“Nar”-a gətir” kampaniyasının iştirakçısı olan yeni abunəçi də öz dostlarını və tanışlarını
şəbəkəyə dəvət edə və balansına pullar qazana bilər. Başqa sözlə, dostunu “Nar”-a gətirən
hər kəs 5 ay pulsuz danışır, dostu isə 1 aylıq danışıq qazanır.
Ətraflı məlumatı nar.az saytı, 777 qısa nömrəsi və sosial şəbəkələrdə 24 saat fəaliyyət
göstərən “Nar” dəstək xidmətindən əldə etmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda
ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI