PARADOKS

AKTUAL

“Nar” yeni “HD-Voice” yüksəkkeyfiyyətli səs ötürmə texnologiyasını təqdim etdi

16-09-2017, 09:38
  •     
  • Ölkə, SON XƏBƏR |
  •  Oxunma: 216

 “Nar” yeni “HD-Voice” yüksəkkeyfiyyətli səs ötürmə texnologiyasını  təqdim etdi

“Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində mobil telefon
vasitəsilə ünsiyyətdə olarkən səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən
“HD-Voice” (High Definition Voice) xidmətini təqdim etdi. Bu texnologiya səsin maksimal
dərəcədə təmiz ötürülməsini təmin edir və mobil telefonla danışan şəxsdə üzbəüz ünsiyyət
təəssüratı yaradır.
Səs tembri və intonasiyanın keyfiyyətlə ötürülməsini təmin edən bu texnologiya sayəsində
“Nar” istifadəçiləri mobil telefonla danışarkən daha rahat ünsiyyət qura biləcəklər. Səs tezlikləri
diapazonunun genişləndirilməsini təmin edən yeni texnologiya həm də kənar səslərin təsirini
minimuma endirir, nəqliyyat vasitəsində hərəkət edərkən zəng xidmətinin daha da aydın və
qüsursuz olmasını təmin edir. “HD-Voice” sayəsində “Nar” abunəçiləri üçün uzun telefon
danışıqları və ya yüksəksəsli rabitə (handsfree) artıq əvvəlki kimi yorucu olmayacaq.
Mobil rabitə cihazı “HD-Voice” və 3G-ni dəstəkləyən istənilən “Nar” abunəçisi xidmətdən
yararlana bilər. Texnologiyanın tətbiqi üçün heç bir əlavə ödəniş nəzərdə tutulmur və bu
xidmət mobil rabitə cihazlarının sərf etdiyi enerjiyə təsir etmir.
Bu gün təqribən 2 milyondan artıq abunəçisi olan, geniş şəbəkəsi və sərfəli qiymətləri ilə
istifadəçilərə yüksəkkeyfiyyətli xidmət göstərən “Nar”-ın şəbəkəsi 6000-dən artıq baza
stansiyasından ibarət olmaqla ölkə ərazisinin 93%-ni əhatə edir. Abunəçilər rabitə xidmətləri
provayderi olan “Nar”-ın tariflərindən istifadə etməklə bütün istiqamətlərdə sərfəli qiymətlərdən
faydalanırlar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI