PARADOKS

AKTUAL

“Trans Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun monopoliyası kimə tapşırıldı?

11-09-2017, 05:46
  •     
  • Ölkə, SON XƏBƏR |
  •  Oxunma: 270

Trans Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov vəzifəsi ilə vidalaşıb.

Bu barədə azerinews.tv-yə daxil olan məlumatlarda bildirilir ki, Əbülfəz Məlikovun yerinə, keçmiş deputat, jurnalist Aynur Camalın həyat yoldaşı İlqar adlı şəxs gətirilib. Bundan əlavə məlumatlarda bildirilir ki, Dövlət Gömrük Komitəsinin nəzarətində olan “Trans Broker” MMC-dəki dəyişklik Əbülfəz Məlikovun “oyundan” kənar saxlamağa yönəlib. Deyilənə görə, son günlər gömrük monopoliyasına faktiki başçılıq Əbülfəz Məlikov hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Bu isə Əbülfəz Məlikova “krışalıq” edən Dövlət Gömrük Komitəsindəki bossları narahat edib. Elə bu səbəbdən də Əbülfəz Məlikovu tutduğu vəzifədən kənarlaşdırmaqla faktiki olaraq onu cinayət məsululiyyətinə cəlb edilməsinin bir növ qarşısın alıblar. Əks halda Əbülfəz Məlikov gömrük bosslarının adını çəkə bilərdi.

Xüsusi qeyd: İlqar Əliyev illərdir Bakı Gömrük idarəsində bəzi tapşırıqları həyata keçirib. Və saxta məhsulların satışını eləcədə xaricdən saxta həblərin gətirilməsini , satışını təmin edib. Keyfiyyətsiz ALÇİBAN monopoliyasının başında duran şəxsdir. Bu şəxsin “Trans Broker” MMC-nin rəhbəri gətrilməsi isə çox gülüncdü. Əminliklə deyə bilərik ki, gömrük boslarına çox gərəkli olan “Trans Broker” MMC yaxın vaxtlarda Məlikovun saldığı ağır vəziyyətdən də betər olaçaq. Yeri gəlmişkən onu da qeyd edək ki, bir müddət öncə baş brokerin yeyintiləri barədə materialları prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov hüquq-mühafizə orqanlarına təqdim etməsi barədə məlumatlar yayılmışdı. Məlumatlarda bildirlirdi ki, Bu ilin əvvəlində gömrük monopoliyası ləğv edilsə də, MMC fəaliyyətini davam etdirib. Brokerlər qeyri-rəsmi gömrük imtiyazlarından faydalanmaqla idxal bazarında dominant mövqelərini qoruyub saxlayırlar. Xüsusilə də qida məhsulları bazarında. Bu mövqelərindən istifadə etməklə hətta keyfiyyətsiz məhsulları ölkəyə gətirirlər.

Yeri gəlmişkən onu da qeyd edək ki, bir müddət öncə baş brokerin yeyintiləri barədə materialları prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov hüquq-mühafizə orqanlarına təqdim etməsi barədə məlumatlar yayılmışdı. Məlumatlarda bildirlirdi ki, Bu ilin əvvəlində gömrük monopoliyası ləğv edilsə də, MMC fəaliyyətini davam etdirib. Brokerlər qeyri-rəsmi gömrük imtiyazlarından faydalanmaqla idxal bazarında dominant mövqelərini qoruyub saxlayırlar. Xüsusilə də qida məhsulları bazarında. Bu mövqelərindən istifadə etməklə hətta keyfiyyətsiz məhsulları ölkəyə gətirirlər.

resmixeber/az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI