PARADOKS

AKTUAL

“Qarabağ”ın Çempionlar Liqasındakı ev oyunları ilə bağlı XOŞ SÜRPRİZ

29-08-2017, 23:30
  •     
  • Ölkə |
  •  Oxunma: 61

“Qarabağ”ın Çempionlar Liqasındakı ev oyunları ilə bağlı XOŞ SÜRPRİZ “Qarabağ”ın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib.
Apasport.az-UN məlumatına görə, tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirində çıxış edəcək Ağdam təmsilçisi rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Artıq bununla bağlı UEFA ilə razılıq əldə olunub. “Qarabağ”ın Çempionlar Liqasının finalını qəbul etməyə namizəd olan arenada ilk matçı isə sentyabrın 27-də baş tutacaq. Qurban Qurbanovun yetirmələri həmin gün “Roma”nı sınağa çəkəcəklər.

Oktyabrın 18-də “Atletiko” və noyabrın 22-də “Çelsi” ilə görüşlər də ölkənin ən böyük stadionunda oynanılacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionun tamaşaçı tutumu 69 min 870 nəfərdir. “Qarabağ” isə bunadək ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirirdi.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI