PARADOKS

AKTUAL

Natiq Cəfərli barəsində cinayət işinə xitam verildi

28-08-2017, 09:40
  •     
  • Ölkə |
  •  Oxunma: 73

Natiq Cəfərli barəsində cinayət işinə xitam verildi Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində başladılan cinayət işinə xitam verilib. Bu barədə məlumat verən vəkil Cavad Cavadov bildirib ki, avqustun 28-də Natiq Cəfərli ilə birlikdə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılıb: “Natiq Cəfərli barəsində başlanılmış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1 və 308.2 maddəsi ilə olan cinayət işinin icraatına əməlində cinayət tərkibi olmadığına görə xitam olunmasına dair qərar elan edildi. Axtarış zamanı götürülmüş əmlaklar, şəxsiyyət vəsiqəsi və digər sənədləri özünə qaytarıldı. Eyni zamanda ölkədən çıxma məhdudiyyətinin də götürüləcəyi bildirildi”.

Vəkil əlavə edib ki, REAL-ın Siyasi məsələlər üzrə Katibi Azər Qasımlının da ölkədən çıxma məhdudiyyətinin götürüləcəyi qeyd edilib.

Qeyd edək ki, N.Cəfərli 2016-cı ilin avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N.Cəfərli Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrinə əsasən təqsirləndirilirdi. Sentyabrın 9-da Nəsimi Rayon Məhkəməsində N.Cəfərlinin həbsdən azad olunması barədə prokurorluğun təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və onun azadlığa buraxılması barədə qərar qəbul edib. O, həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Rəşad VAQİFOĞLU


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI