PARADOKS

AKTUAL

Bölgələrdə yaşayan ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı

17-08-2017, 21:30
  •     
  • Ölkə, SON XƏBƏR |
  •  Oxunma: 97

Bölgələrdə yaşayan ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim  məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı

“Nar” və “Uğur Akademiyası” tərəfindən təşkil edilən bölgələrdə “Təlim məktəbi”
layihəsinin ilk mərhəlıəsi başa çatdı. Zaqatalada start verilən layihənin ilk mərhələsi
təcrübəli mütəxəssislər və peşəkar psixoloqun iştirakı ilə həyata keçirilib. Təlim
iştirakçıları smartfon təmiri, dərzilik və aşpazlıq kurslarında iştirak ediblər. Bölgələrdə bir
ilk olaraq həyata keçirilən layihə rayon icra hakimiyyəti və Ailə, qadın və uşaq problemləri
üzrə dövlət komitəsinin regional mərkəzi tərəfindən dəstəklənib.
“Təlim məktəbi” layihəsi “Nar” tərəfindən reallaşdırılan və fiziki məhdudiyyətli gənclərin
cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulan bir layihədir. Layihə çərçivəsində
bölgələrdən olan 40 nəfər yerli sakinin iki ay boyunca üç istiqamət üzrə peşə təlimi alması
nəzərdə tutulub. Bölgələrdə “Təlim məktəbi” layihəsinin növbəti mərhələsinə
önümüzdəki günlərdə Göygöl rayonunda start verilməsi planlaşdırılır.
“Təlim məktəbi” layihəsi ilk olaraq Bakıda start götürüb və ümumilikdə 75 nəfər tələbənin
iştirakı ilə həyata keçirilib. “Nar”-ın təşəbbüsü ilə təmənnasız həyata keçirilən layihənin
məqsədi ünsiyyət məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək
karyeralarına töhfə vermək və mənəvi dəstək göstərməklə cəmiyyətə inteqrasiya
etdirməkdir. Təşkilatçılar “Təlim məktəbi”ni bitirən gəncləri diqqət mərkəzində
saxlayaraq onların işlə təmin olunmasına yardımçı olur.
Artıq 3 ildən çoxdur ki, “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində
fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində
müxtəlif addımlar atır. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, 11
nəfər ünsiyyət məhdudiyyətli şəxs hazırda “Nar”-ın əməkdaşı olaraq fəaliyyət göstərir.
Mobil operator bu qəbildən olan sosial layihələri genişləndirməyi və bənzər təşəbbüslərə
dəstəyi davam etdirməyi nəzərdə tutur.
“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək
olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi
olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından
ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI