PARADOKS

AKTUAL

“Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərə xüsusi mükafatlar təqdim etdi

11-08-2017, 12:19
  •     
  • Ölkə, SON XƏBƏR |
  •  Oxunma: 133

  “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərə  xüsusi mükafatlar təqdim etdi
  “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərə  xüsusi mükafatlar təqdim etdi
  “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərə  xüsusi mükafatlar təqdim etdi
  “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərə  xüsusi mükafatlar təqdim etdi

“Nar” çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2017-ci ildə ali
məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış
abituriyentləri dəyərli hədiyyələrlə mükafatlandırdı. 10 avqust 2017-ci il tarixdə ictimaiyyət və
media nümayəndələrinin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Azərbaycanın
müxtəlif bölgələrini təmsil edən və ilin ən uğurlu abituriyenti adını qazanan 15 gəncə “Nar”
operatoru adından ən müasir smartfonlar, eləcə də mobil internet və zənglər üçün ödənişsiz
balans təqdim edildi.
Tədbirdə iştirak edən qonaqlar abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik
etmək imkanı qazandılar. “Nar” operatorunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov
da, öz növbəsində, gəncləri təbrik edərək onlara gələcək karyeralarında müvəffəqiyyətlər
arzuladı:
“Bu böyük uğura imza atmış gənclərimizi “Nar” adından təbrik etmək bizi çox fərəhləndirir.
Məhz göstərdikləri yüksək əzmkarlıq və çalışqanlıq kimi təqdirəlayiq xüsusiyyətlər sayəsində
gənclərimiz bu nailiyyəti əldə ediblər. İnanıram ki, bu uğur digər gənclərimiz üçün əla bir stimul
olacaq və gələcəkdə onların böyük uğurlara imza atmalarını şərtləndirəcək”, - deyə Əziz
Axundov sözlərinə əlavə etdi.
Qeyd edək ki, təhsil “Nar” operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir.
Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq

mobil operatorun ən ümdə məqsədlərindən biridir. Belə stimullaşdırıcı proqramlardan biri də
Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində həyata
keçirilir. Belə ki, mobil operator universitetdə ən müasir avadanlıqlarla təchiz edilmiş “Nar”
GSM laboratoriyası yaratmış, semestr ərzində Radiotexnika və rabitə fakültəsinin ən yaxşı
nəticə göstərmiş tələbələrini xüsusi hədiyyələrə layiq görmüşdür. Təhsil və
maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu kimi təşəbbüslərlə tələbələrə
dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.


“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi
olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından
ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI