PARADOKS

AKTUAL

“Nar” baza stansiyalarının sayını əhəmiyyətli dərəcədə artırıb

7-07-2017, 16:20
  •     
  • Ölkə, SON XƏBƏR |
  •  Oxunma: 143


“Nar” baza stansiyalarının sayını əhəmiyyətli dərəcədə artırıb

2017-ci ilin ilk yarısında “Nar” abunəçilərin rahat və kəsintisiz rabitə və internet

xidmətlərindən yararlanması məqsədilə yeni baza stansiyalarının ölkə ərazisində

quraşdırılması prosesini davam etdirib. Abunəçilərin artmaqda olan internetdən istifadə

tələblərinin qarşılanması üçün bu ilin yanvar ayından etibarən, Bakı, Lənkəran, Qəbələ, Şəki,

Şəmkir, Şamaxı, Kürdəmir, Biləsuvar və digər bölgələrdə 165 sayda yeni 3G, Abşeron

yarımadasında isə 213 ədəd 4G (LTE) baza stansiyası quraşdırılıb. Beləliklə, “Nar” 794 ədəd 4G

baza stansiyası ilə öz istifadəçilərinə ölkədəki ən böyük mobil rabitə şəbəkələrindən birini

təqdim edir. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və

6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə

yüksəkkeyfiyyətli xidmət göstərir.

Qeyd edək ki, “Nar” işğaldan azad edilmiş ərazilərdə də şəbəkənin gücləndirilməsi

istiqamətindəki işləri davam etdirir. Bir neçə ay öncə operator Cəbrayıl rayonunun Cocuq

Mərcanlı kəndinin ərazisinə xidmət edəcək baza stansiyasının quraşdırılmasını və istismara

verilməsini elan etdi. Artıq “Nar” abunəçiləri qeyd edilən ərazidə də 3G və 2G xidmətlərindən

yararlana bilirlər. Sərfəli qiymət və yüksəkkeyfiyyətli xidmət prinsiplərinə sadiq qalan mobil

operator şəbəkəsinin daha da gücləndirilməsi istiqamətindəki işləri davam etdirməyi

planlaşdırır.

Mobil operatorun şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet

səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa

bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı

şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin

çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını

təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI