PARADOKS

AKTUAL

“Azad Qarabağ Uğrunda” könüllülər hərəkatının növbəti toplantısı kecirilib

30-06-2017, 13:43
  •     
  • Ölkə, SON XƏBƏR |
  •  Oxunma: 102

“Azad Qarabağ Uğrunda” könüllülər hərəkatının növbəti toplantısı kecirilib
“Azad Qarabağ Uğrunda” könüllülər hərəkatının növbəti toplantısı kecirilib
“Azad Qarabağ Uğrunda” könüllülər hərəkatının növbəti toplantısı kecirilib
“Azad Qarabağ Uğrunda” könüllülər hərəkatının növbəti toplantısı kecirilib
“Azad Qarabağ Uğrunda” könüllülər hərəkatının növbəti toplantısı kecirilib
“Azad Qarabağ Uğrunda” könüllülər hərəkatının növbəti toplantısı kecirilib



Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin nəzdində fəaliyyət göstərən “Azad Qarabağ Uğrunda” könüllü hərəkatının toplantısı keçirildi.Tədbiri Birliyin Gənclər Departamentinin və “Azad Qarabağ Uğrunda” könüllülər hərəkatının rəhbəri Əjdər Hümbətov açdı.Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Birliyin sədri Şamil Sabiroglu rəhbərlik etdiyi təşkilatın son 10 ildə həyata keçirdiyi tədbir və layihələrdən danışdı. Bildirdi ki, təşkilatın fəalları mütəmadi olaraq təhsil ocaqlarında, cəzaçəkmə müəssisələrində,döyüşən hərbi hissələrdə milli vətənpərvərlik ruhunda tədbirlər keçirirlər. Birliyin təşkilatçılığı, Respublika Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Biz, soyqırım və terrora yox deyirik!”adlı sənədli film istehsal olunub.
Daha sonra 8 gün erməni əsarətində qalan Xocalı sakini Dürdanə Agayeva çıxış etdi. O, erməni əsarətində olduğu müddətdə başına gələn hadisələrdən danışdı.Söz Xocalıdan məcburi köçkün, boks üzrə 5 qat Azərbaycan, Avropa çempionu Elməddin İsmayılov verildi. Elməddinin Xorvatiya oyunçusu ilə olan yarışması nümayiş olundu və onun qələbəsi alqışlarla qarşılandı.
Əjdər Hümbətov yaradılmış departamentlərin fəaliyyəti haqqında məlumat verdi.”Marketing və Reklam” departamentinin sədri Rasim Axundov çıxış etdi. Rasim Axundovun çıxışından sonra söz Birliyin qonağı, “resmixeber.az” saytının rəhbəri Rəsmiyyə Aydınqızına verildi.
Könüllülər hərəkatının nəzdində yaradılmış”Özfəaliyyət Dərnəyi"nin rəhbəri Şamilə Şamilqızı dərnək haqqında məlumat verdi. Qeyd etdi ki, "Azərbaycanın Fəal Gəncləri" Qrupunun dəstəyilə iyulun 2-si Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Bakıdakı hərbi hissələrindən birində Azərbaycan Polisinin peşə bayramı münasibətilə tədbir keçiriləcək. Daha sonra “İnsan Resursları departamenti"nin sədri Səma Həsənova çıxış etdi.
Bu Birliyin nəzdində yaradılmış “Azərbaycanın Fəal Gəncləri” departamentinin rəhbəri Mədinə Əliyeva qarşıda duran mühüm vəzifələrdən danışdı. Mədinə xanım, 26 iyun-Silahlı Qüvvələr günü ilə əlaqədar cəbhə bölgəsində keçirilmiş əsgərlərlə olan görüşdən öz təəssüratlarını könüllülərlə bölüşdü.
İctimai Birliyin sədri Şamil Sabiroğlu tədbirə yekun vurdu.Sonda xatirə şəkli çəkildi.
Bakı, 29.06.2017


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI