PARADOKS

AKTUAL

Saxta diplom məsələsi ciddi faktlardan xəbər verir

28-05-2014, 15:31
  •     
  • Ölkə, |
  •  Oxunma:

Saxta diplom məsələsi ciddi faktlardan xəbər verir
Təhsil naziri Mikayıl Cabbarovun fəaliyyətində ciddi nöqsanlara yol verən, bir sıra qanunsuzluqlara imza atan ayrı-ayrı işçiləri cəzalandırsa da, təəssüf ki, bu sahədə hələ də problemlər mövcuddur. Söhbət Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Unverstetindəki çatışmazlıqlardan gedir. Məsələ burasındadır ki, burada bir sıra ciddi özbaşınalıqlar mövcuddur. Belə ki, təhsil müəssisəsinin rəhbəri, rektor İbrahim Cəfərov universitetdə bəzi maraqlarını reallaşdırmağa çalışır.

Respublikamızın tanınmış təhsil ocağına sanki biznes obyekti kimi baxan rektor buradakı imtahanlar zamanı tələbələrdən qiymətə görə nələrinsə tələb olunmasına göz yumur. Nəzərinizə çatdıraq ki, bu məsələlərdə tədris işləri üzrə prorektor Anar Hətəmovun da yer aldığı bildirilir. Qeyd olunur ki, universitetdə bu işlərə həmin şəxs xüsusi nəzarət edir. Redjaksiyamıza verilən xəbərlərə görə, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Unverstetindəki özbaşınalıqlar son günlər bir qədər də artıb. Ali təhsil müəssisəsinin rəhbəri İbrahim Cəfərovun universitetdə qəribə sistem yaratdığı bildirilir. Ölkəmizin ikinci əsas şəhərində fəaliyyət göstərən, kənd təsərrüfatı sahəsi üçün mütəxəsislər yetişdirən Dövlət Aqrar Unversitetində Aqronomluq, Aqrotexnologiya, Baytarlıq Təbabəti və Əcazçılıq fakultəsi, Elektroenergetika və İnformasiya Texnologiyaları, Mühəndislik, Aqrar İqtisadiyyat fakultələrinin bir sıra müəllimlərinin fəaliyyətlərində ciddi nöqsanların olması faktdır. Tələbələr deyirlər ki, unversitetdə təhsil, bir imtahandan qiymət almaq baha başa gəlir. Bütün bunlar bir yana, bəzi tələbələr ildə bir dəfə unversitetə təşrif buyururlar və onlar rəhbərliyə illik deyilən "ödəmə” verirlər. Əldə etdiyimiz məlumatlara görə, Dövlət Aqrar Unversitetinin bir çox tələbələri testdənkənar qəbul olunublar və uzun illərdir ki, bu universitetdəki diplomların saxta olub-olmaması da ciddi şəkildə araşdırılmalıdır. Redaksiyamıza verilən daha bir xəbərdə qeyd olunur ki, universitet rəhbərliyi testdənkənar qəbul aparmanın yolunu tapıb. Belə ki, TQDK-nın test imtahanlarından keçə bilməyən bir çox tələbələr unversitetin vakant yerlərinə daxili imtahan adı altında qəbul olunurlar. Mənbə iddia edir ki, universitetin daxili imtahanı formal xarakter daşıyır və sadəcə, tələbə qəbulunu qanuniləşdirmək məqsədi ilə yaradılıb. Bu təhsil müəssisəsinə qəbul olmaq üçün isə böyük xərcin tələb olunduğu qeyd edilir. Həmin təhsil ocağındakı imtahanlar zamanı tələbələrin qiymətə görə xərcə düşməsində tədris işləri üzrə prorektor Anar Hətəmovun adının hallandırılması onu göstərir ki, burada araşdırılmalı məsələlər çoxdur. Redaksiyamıza daxil olan xəbərlərdə vurğulanır ki, rəhbərliyin qazanc yerlərindən biri də qiyabi təhsil şöbəsidir. Məsələ burasındadır ki, universitetdə qiyabi təhsil alan yüzlərcə tələbə hər semestrdə qiyabi şöbənin müdiri Siyavuş Vəliyevlə xüsusi görüşlər keçirirlər. Hər imtahan üçün ciddi xərcə düşən qiyabi oxuyan tələbələr imtahanlarından kafi qiymət almış hesab olunurlar. Həmçinin məlumatda o da vurğulanır ki, aqrar universitet rəhbərliyinin qazanc mənbəyindən biri də təhsil ocağında işləyən müəllimlərin və tələbələrin adına yazdırılan sanatoriya putyovkalarıdır. Putyovkalar isə həmkarlar təşkilatlarının əlinin altından gəlib keçir. Nəzərinizə çatdıraq ki, Dövlət Aqrar Universitetinin nəzdində 4 həmkərlar təşkilatı, Azad Həmkarlar İttifaqı Komitəsi, Tələbə Azad Həmkarlar Komitəsi, Tələbə Elmi Cəmiyyət və Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir.

Universitet müəllimlərinin və tələbələrin adlarına yazılan sanatoriya və maddi yardım maxinasiyaları isə, məhz iki həmkarlar təşkilatının, Azad Həmkarlar İttifaqı Komitəsi və Tələbə Azad Həmkarlar Komitəsinin əli ilə həyata keçirilir.

Ali təhsil müəssisəsinin kənd təsərrüfatı sektoru üçün ixtisas hazırlığı olduqca aşağı səviyyədə olması da söylənilərlər sırasındadır. Bir çox fakültələrdə dekanlar başda olmaqla müəllim heyəti tədris prosesinə biganə münasibət göstərir. Gəncə Aqrar Universiteti ilə bağlı xoşagəlməz hallar bununla yekunlaşmır. Bu təhsil müəssisəsinin adı başqa bir təhsil ocağıyla xoşagəlməz məsələdə hallandırılır. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının müəlliməsi Yeganə Əliyeva ilə Gəncə Aqrar Universitetinin müəllimi Arzu İsmayılovun adı qanunsuz şəhadətnamə satışında hallandırılır. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının müəlliməsi vətəndaşlardan birinin Azərbaycan Müəllimlər İnstitutuna qəbul həyata keçirə biləcəyi barədə vəd verib. Həmin razılaşmalar əsasən Müəllimlər İnstitutunun Gəncə filialının müəlliməsi TQDK-nin təsdiqlənmiş diplomunu vermək şərti ilə qəbulu həyata keçirəcəyini bildirib. Müəllimlər İnstitutunun Gəncə filialının müəllimi Yeganə Əliyevanın pul qarşılığında şagirdləri ali təhsil ocaqlarına qəbul etdirməsi haqda yeni məlumatlar yayılıb. Aldadılan vətəndaşlar Yeganə Əliyevanın onlardan külli miqdarda pul aldığını bildirirlər. Məlum olur ki, Yeganə Əliyeva Müəllimlər İnstitutunun Tələbə Qəbulu üzrə Dövlət Komisiyyasında təsdiqlənmiş diplom verməsi üçün pul alıb. Lakin sonradan diplomun saxta olduğu üzə çıxıb. İki təhsil müəssisəsinin müəllimləri digər bir neçə şəxsi də bu yolla aldadaraq pullarını mənimsəyiblər.

Bütün bunlar onu göstərir ki, Dövlət Aqrar Unversiteti ilə Müəllimlər İnstitutunun Gəncə Filialının müəllimlərinin adları bir sıra qanunsuzluqlarda hallandırılır. Hər iki təhsil müəssisəsində tələbələrə ciddi əngəl yaradıldığı, onların valideynlərinin isə incidildiyi bəlli olur. Bütün bunlar onu göstərir ki, adları çəkilən təhsil müəssisələrinin müəllimlərinin fəaliyyəti ciddi şəkildə araşdırılmalı, hər hansı xoşagəlməz faktlar aşkarlanarsa, bununla bağlı tədbir görülməlidir. Hər halda «od olmayan yerdən tüstü çıxmaz» deyiblər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI