PARADOKS

AKTUAL

Son dövrlər Azərbaycan Səhiyyəsini gözdən salmağa çalışan qüvvələr bu səfər özləri yandı.......

28-05-2014, 13:26
  •     
  • Ölkə, |
  •  Oxunma:

Son dövrlər Azərbaycan Səhiyyəsini gözdən salmağa çalışan qüvvələr bu səfər özləri yandı.......
Resmixeb.az sosialxeber.org saytına istinadən xəbər verir ki, illlərlədir ölkəmizdə “reket” jurnalistikaya qarşı mübarizə aparılmasına baxmayaraq gündən- günə sayı çoxalan bu “ünsürlər” millətimizin mənəvi dəyərlərini, mentalitetini demək olar ki, aşağılayan əməlləri ilə bərabər hər bir fürsətdə dövlətçiliyimizə də zərbə vurmağı unutmurlar. Ən xırda bir neqativ hal görən kimi, eşidən kimi və yaxut da məlumatı alan kimi, dərhal həmin yerə gedib pul tələb edirlər .İstədiklərinə nail olmadıqda isə həmin o xırda məsələyə görə bütün “dəstə”lərinə xəbər verirlər başlayır səviyyəsiz yazılar, pozular. Az qalır ki, hansısa şirniyyat sexində boyat bir məmulatın satışına görə Bayrağımızı, Dövlətimizi, Millətimizi təhqir edələr. Nə bilim qaçırlar Dövlətçiliyimizə düşmən, qənim kəsilmiş bəzi qüvvələrin yanına , onlardan qrant alıb bu çirkin əməllərinə davam edirlər. Uzun sözün qısası, deyiləsi, danışılası dərd deyil.İndi isə Sizə dünən Hacıqabul rayon Səhiyyəsinə bu ünsürlərdən birinin “basqın”ından bəhs edəcəyik.


Dünən Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi Beydulla Qarayevin iş otağına özünü “KORRUPSİYA” ictimai-siyasi hüquq qəzetinin əməkdaşı kimi təqdim edən İbrahimova Failə Abbas qızı “basqın” edib. Bəli , buna basqın demək olar.Çünki Həkimin otağını təpiklə vurub açaraq “Siz kimsiniz ki, rayonda cəmi 1 stomotoloji kabinet ola-ola 6 həkim saxlayırsınız, sizi tutduracam baxarsınız. Tez edin stomotoloqların hamısını yığın otağınıza 1 saata qədər gəlirəm. İndi isə çıxıram rayonu fırlanmağa, mən gəlincə mənim “amanatımı”da hazırlayın yoxsa sizin üçün pis olacaq” deyərək həkimin kabinetini tərk edib. Bu bədbəxt qızı bədbəxt, ruslarda bir misal var “Slışal zvon, ne znayet qde on” o vəziyyətdə olub. Düşünmür ki, bu işlər baş həkimin səlahiyyətlərində olan bir şey deyil. Bu bir, ikincisi də , adamı dəhşətə salan da odur ki, bunda əmrə bax, ədaya bir bax. Pul istəmək cəsarətinə bir bax. Azərbaycan dilində danışa bilməyən, və yaxut da rusca danışmağı rayon yerində avam camaata savadlı bir şəxs olaraq özünü soxuşdurmaq üçün istifadə edən bu savadsız, bayağı, küçə əxlaq normalarına xas hərəkətlərin sahibi olan bu insanın əyninə geyindiyi paltarı formasından və dəbindən hiss edərdiniz ki, bu hansı yuvanın quşudur.
Demək rayonun ərazisinə çıxdıqdan sonra rayonda stomotoloq “ov”una çıxan bu xanım (əyər xanım demək olarsa) bir stomotoloqla tanış olub gedib oturular bir çayxanada və çayxanada söhbət əsnasında bu xanım Stomotoloqdan 100 manat pul istəyir ki, sənin adını çəkməyəcəm bir azdan baş həkimin otağına toplanan stomatoloqların yanında və səninlə işim olmayacaq. 100 manatı aldıqdan sonra stomotoloqa tapşırıq verir ki, “Xahiş edirəm siz baş həkimə deməyin ki, mən sizdən 100 manat almışam, çünki indi gedirəm Baş həkimin otağına aşağısı 3 min manat onlardan alacam” deyərək yollanırlar baş həkimin otağına. Baş həkimin otağına daxil olan kimi stomatoloq ona deyir ki, “Siz məndən 20 dəqiqə öncə hədə-qorxu gələrək pul aldınız, bu dəqiqə hüquq mühafizə orqanlarına müraciət edəcəyəm.” Vəziyyətdən şoka düşən İbrahimova Failə Abbas qızı başlayır yalvarmağa , hətta orada həkimlərə “Nə deyirsinizsə mən sizin üçün edim , amma polisə deməyin” diyə ağlayıb hay həşir salır. Polislər gəldikdən sonra bu qadın hər kəsi əxlaqsız küçə söyüşləri ilə söyməyə başlayır və mindirilir polis maşınına aparılır Hacıqabul rayon Polis şıbəsinə. Polis şöbəsindən aldığımız məlumata görə dünən axşam onun izahatını alıb buraxıblar, iki gün sonra istintaqa dəvət olunacaq.
Bu qədər idbar, bu qədər iyrənc xüsusatlara malik olan birisi nəinki jurnalist peşəsinə hətta millətimarayevə hər kəs dəstək olmalı və bu hərəkətlilik ölkə miqyasında keçirilməlidir. Dövlət məmurlarının normal iş şəraitini pozan, böhtançı , qərəzçi bu sektorun insanları hər fürsətdə cəzalanmalıdır. Mən bir jurnalist olaraq bu qadının və digərlərinin dəmir barmaqlıqlar arxasında olmağını istəyirəm. Hər bir jurnalist yazdığı materialı sübut etməlidir. Yox əyər sübut edə bilmirsə, hər şey ortadadır.. Xanımın Xidməti vəsiqəsindən göründüyü kimi onun baş redaktoru Xuraman adlı bir qadındır. Görəsən Xuraman xanım bu şəkilləri burada görəndə nə düşünəcək və yaxut da istintaqa çağırılanda özünü necə müdafiə edəcək?
Mən məsələ ilə bağlı bu dəqiqələrdə Beydulla Həkimlə telefon əlaqəsi saxladım. Beydulla həkim: “Biz bunu onun üçün etdik ki, qoy Azərbaycanda bu işlə məşğul olanlara dərs olsun ki, səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olmasınlar, kimlərəsə hədə-qorxu gələrək pul istəməsinlər və nəhayət bilsinlər ki, Hacıqabul rayon səhiyyəsi ölkədə kiçik bir səhiyyədir. Burada heç bir korrupsiyadan söhbət gedə bilməz və Hacıqabul səhiyyəsinə qərəzli və bu kimi düşüncələrlə gəlmək istəyənləri eynilə bu xanımın aqibəti gözləyir. Bizim onun kimi insanlardan qorxan bir işimiz yoxdur və Hacıqabul səhiyyəsi də sahibsiz deyildir, şər və böhtan xarakterli yazılar yazacaqlarsa , əməllər edəcəklərsə Azərbaycan Qanunvericiliyi çərçivəsində öz cəzalarına çatacaqlar.Amma mən yenə də o qadının həbs edilməyini istəmirəm, bütün gücümlə çalışacağam ki, o qadın həbs edilməsin” deyə açıqlama verdi.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI