PARADOKS

AKTUAL

Başına 1 milyon qoyulan terrorçu yaxalandı

7-04-2016, 10:03
  •     
  • Paradoks, |
  •  Oxunma:

Başına 1 milyon qoyulan terrorçu yaxalandı
Türkiyə Daxili İşlər Nazirliyinin barəsində “yaşıl” kateqoriyada axtarış elan etdiyi separatçı PKK terror qruplaşmasının lider heyətindən olan silahlı ələ keçirilib. Yerli mətbuata istinadən verilən məlumata görə, Muş vilayətində PKK terrorçularına qarşı növbəti əməliyyat keçirilib.

Yerli polis idarəsinə Teknedüzü kəndi icra nümayəndəsi Əli Rza Şahinin evində PKK terror təşkilatı üzvlərinin toplantı keçirməsi barədə məlumat daxil olub. Polis idarəsinin məlumatı Jandarm idarəsinə ötürməsi ilə bölgədə əməliyyat başlanıb. Təhlükəsizlik qüvvələrinin “təslim olun” çağırışına terrorçular atəşlə cavab verib və tərəflər arasında atışma baş verib.

Baş vermiş atışma vaxtı 4 terrorçu məhv edilib, daha 4 terrorçu sağ ələ keçirilib. Ələ keçirilənlərdən birinin PKK-nın Muş, Bingöl, Elazığ, Ərzincan, Bayburt, Trabzon və Ağrı vilayətlərini əhatə edən qondarma bölgənin məsul şəxsi “Devrim” (İnqilab) kod adlı Mehmet Hayme olduğu bildirilir.[/thumb]Başına 1 milyon qoyulan terrorçu yaxalandıHaymenin Daxili İşlər Nazirliyinin “Axtarışda olan terrorçular” siyahısının “yaşıl” kateqoriyasında olduğu, bu kateqoriyada olanların ölü və ya diri ələ keçirilməsi vaxtı 1 milyon lirə (536 000 AZN) mükafat verildiyi bildirilir.

Saxlanılan digər şəxslərin isə “Sisi” kod adlı qadın terrorçu ilə Teknedüzü kəndinin indiki icra nümayəndəsi Əli Rza Şahin və sabiq icra nümayəndəsi Mətin Aydoğdu olduğu bildirildi.

Faktla bağlı bəyanat yayan Muş valiliyi əməliyyat vaxtı terrorçulara aid 2 sığınacaq aşkarlandığını bildirBaşına 1 milyon qoyulan terrorçu yaxalandı“Sığınacaqda “RPG-7” qumbaraatan, 2 ədəd tank əleyhinə silah, qumbaraatan sursatı, 3 ədəd qumbaraatan fişəngi, “Kalaşnikov” marka silah, 6 ədəd güllə darağı, 194 fişəng, 3 ədəd “M-16” darağı, 90 ədəd “M-16” fişəngi, 7 ədəd əl qumbarası, 8 ədəd güllə qətəri, böyük radiostansiya, 3 ədəd çanta və qruplaşmaya aid çox sayda sənəd ələ keçirilib” – deyə bəyanatda bildirilir.

Bəyanatda terror təşkilatına qarşı əməliyyatların davam edəcəyi vurğulanıbBaşına 1 milyon qoyulan terrorçu yaxalandı
Ans press


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI