PARADOKS

AKTUAL

Terrorçu lider qadın öldürüldü

4-04-2016, 10:27
  •     
  • Paradoks, |
  •  Oxunma:

Terrorçu  lider  qadın öldürüldüTürkiyədə separatçı PKK terror təşkilatının lider heyətindən olan növbəti terrorçu qadın məhv edilib.Verilən məlumata görə, Yüksekova rayonunun qondarma məsul şəxsi Əməl Güclü cangüdəni ilə birlikdə insident zamanı öldürülüb.

Hadisə Türkiyənin Hakkari vilayətində PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında meydana gələn atışma zamanı baş verib. Əməliyyatda iştirak edən hərbçilər bildirir ki, atışma vaxtı Yüksekovanın ən effektiv iki şəxsindən biri olan 26 yaşlı Əməl Güclü ilə yanaşı daha bir çox terrorçu məhv edilib.

Türkiyənin paytaxtı Ankaranın Haymana rayonunda 1990-cı ildə dünyaya gələn “Zilan” kod adlı Əməl Güclü Hakkari və Yüksekovada hərbi korteclərə qarşı törədilən bir çox terror aktını planlayan şəxs olub.Türkiyə Daxili İşlər Nazirliyinin axtarışda olan terrorçular siyahısında “boz” kateqoriyasında olan Əməl Gücıünün başına 300 min lirə (162 000 AZN) mükafat qoyulmuşdu.

Ötən həftə Türkiyənin Hatay vilayətində də separatçı PKK terror təşkilatının qondarma Amanoslar üzrə məsul şəxsi “Məzlum Palu” kod adlı İ.D. adlı terrorçu təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüşdü.

Bundan əvvəl isə Türkiyədə PKK terror təşkilatının aktiv qadınlarından biri olan, terror qruplaşmasının aşağı qolu YPS-nin (Yekineyen Parastina Sivil – Mülki Müdafiə Birlikləri) qadın təşkilatının lideri Berivan Avesta öldürülmüşdü.
ans press


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI