PARADOKS

AKTUAL

Türkiyədə-terrora-hazirlaşan-azərbaycanli-isid-ci-müəyyən-edildi

1-04-2016, 15:29
  •     
  • Paradoks, , |
  •  Oxunma:

Türkiyədə-terrora-hazirlaşan-azərbaycanli-isid-ci-müəyyən-edildiTürkiyədə-terrora-hazirlaşan-azərbaycanli-isid-ci-müəyyən-edildi
Türkiyədə terror törətmək istəyən 5 İŞİD terrorçusu müəyyən edilib. ANS PRESS-in Türkiyənin "Milliyət" qəzetinə istinadla verdiyi məlumata görə, bu barədə Türkiyənin təhlükəsizlik orqanları xəbər yayıb. Kəşfiyyat məlumatları nəticəsində müəyyən edilən terrorçuların fotoları bütün polis məntəqələrinə paylanılıb.

Onlardan biri Azərbaycan əsilli olsa da Rusiya vətəndaşıdır. İsa Tupolovun hələ də Suriyanın Rai şəhərində olduğu deyilir. Onun Türkiyə ilə yanaşı Azərbaycanda da terror aktları törətməyi planlaşdırdığı da yayılan məlumatlar arasında yer alıb.

"Ölkəmizdə vətəndaşların təhlükəsizliyi yüksək həddə təmin edilir".
Həmin siyahıda həmçinin ABŞ vətəndaşı olan Abu Ayman At-Maghribinin də adı var. O, həyat yoldaşı və 2 uşağı ilə Mərakeşə getmək adı ilə ölkəsini tərk edib. Hazırda Türkiyədə olduğu bildirilir.

Həmçinin 2015-ci ildə silahlı toqquşmaların birində öldürüldüyü iddia edilən Məhəmməd Ürkməzin qardaşı Furkan Ürkməzin martın 6-da Qaziantepdən Suriyaya keçdiyi bildirilir. Təhlükəsizlik qüvvələri onun yaşının az olduğunu əsas gətirərək terrorçular tərəfindən kamikadze kimi istifadə ediləcəyini ehtimal edirlər. Həmçinin siyahıda adı olan Həsən Hüseyn həyat yoldaşına "WhatsApp" vasitəsi ilə “şəhidlik sırası bizdə” deyə mesaj göndərib.

Adıçəkilən şəxslərin axtarışı davam etdirilir.Martın 27-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Cabir Məmmədzadə “Hesabat” verilişində qonaq olarkən bildirmişdi ki, ölkəmizdə vətəndaşların təhlükəsizliyi yüksək həddə təmin edilir.Bu gün bütün dünyanın terrordan əziyyət çəkdiyi bir vaxtda ölkəmizin terrordan müdafiə olunması istiqamətində görülən tədbirlərdən danışan Cabir Məmmədzadə hüquq-mühafizə orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi qabaqlayıcı tədbirlərin terror təhlükəsizliyi təhdidlərinin neytrallaşmasına kifayət etdiyini bildirib.

Dünyada kifayət qədər tanınan terror qruplaşmalarının - "Əl-Qaidə", PKK və s. bu kimi təşkilatların Azərbaycan ərazisindəki fəallıq səviyyəsindən danışan Cabir Məmmədzadə qlobal terror təşkilatlarının 2000-ci illə müqayisədə kifayət qədər azaldığını, keçirilən antiterror tədbirləri nəticəsində həm "Əl-Qaidə" ilə əlaqəli şəbəkələrin, həm də eyni ideyanı bölüşən ayrı-ayrı terrorçu qrupların fəaliyyəti zərərsizləşdirilib.

Daha sonra Suriyaya gedən azərbaycanlılardan danışan təhlükəsizlik xidmətinin əməkdaşı görülən tədbirlər nəticəsində bu axının qarşısının müəyyən qədər alındığını qeyd edib.
Ans.press


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI