Beş nəfərə ümumilikdə 54 il 6 ay iş verilib.Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Arif Əliyev, Camal Məmmədov, Samir Mustafayev və Kənan Mədətovun işi üzrə məhkəmə prosesi yekunlaşıb. ANS PRESS-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin qərarı ilə E.İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Samir Mustafayev və Kənan Mədətov hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı ümumilikdə onlara 63 il iş istəmişdi. O, Elşən İsmayılovun 14, Arif Əliyevin 14, Camal Məmmədovun 12, Samir Mustafayevin 11 il 6 ay və Kənan Mədətovun 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Ans.press