PARADOKS

AKTUAL

“Gənc Təbiət Dostları” Şəbəkəsi layihəsi çərçivəsində təlim keçirildi

6-04-2017, 12:41
  •     
  • Müxtəlif, SON XƏBƏR |
  •  Oxunma: 170

“Gənc Təbiət Dostları” Şəbəkəsi layihəsi çərçivəsində təlim keçirildi
“Gənc Təbiət Dostları” Şəbəkəsi layihəsi çərçivəsində təlim keçirildi



Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə fərdi

layihə qalibi Sevinc Ədilova tərəfindən həyata keçirilən “Gənc Təbiət Dostları”

Şəbəkəsi adlı layihə çərçivəsində yeniyetmə və gənclər arasında təlim və ağac əkmə

kompaniyası həyata keçirilmişdir.

Təlimdə və ağac əkmə kompaniyasında yeniyetmə və gənc məktəblilər iştirak

etmişlər. Ağac əkmə kompaniyası zamanı məktəbin həyətində meyvə və dekorativ

ağaclar əkilmişdir.

Tədbir zamanı iştirakçılar arsında Könüllü qruplar yaradılmışdır. Yaradılmış bu

qruplar mütəmadi olaraq öz məktəblərində və məktəbəqədər uşaq müəssisələrində

təbiətin keşiyində durmağın qaydalarının öyrədilməsi istiqamətində müxtəlif

metodlarla işlər aparacaq, daha kiçik yaşlı uşaqlara bu qaydaların öyrədilməsi

prosesinin birbaşa iştirakçısı olacaqlar.

Qeyd edək ki layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında təbiətin

qorunması, ətraf mühitin təmiz saxlanması və içməli su hövzələrinin

çirkləndirilməməsi və meşələrin qırılmasının qarşısının alınmasından ibarətdir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI