PARADOKS

AKTUAL

Elçilik - (Hekayə)

28-03-2017, 11:07
  •     
  • Müxtəlif, MAQAZİN |
  •  Oxunma: 261

Elçilik   -  (Hekayə)
Əkbər bir zamanlar bir kollektivdə çalışdığı İmranı yolda görüb onu səslədi:
- Ay İmran, qardaş, haralardasan? Yağlı əppəyə dönmüsən lap. Çoxdandır səni görmürəm?
İmran kiminsə arxadan onu çağırdığını eşitdikdə, geri döndü və yaxşı tanıdığı Əkbəri görüb ayaq saxladı. Əkbər ona yaxınlaşıb, köhnə dostlar sayağı möhkəm bağrına basdı və - Aya, maşallah, nə yaman şişmanlamısan – deyə qımışdı.
İmran çoxdandır üzünü görmədiyi tanışının ilk sözündən alınsa da özünü o yerə qoymayıb dedi:
- Neyləyim, yaşdan irəli gəlir, əlbətt. Sən necəsən?
- Sağ ol, qardaş. Mən də elə bu aralıqlarda fırlanıb başımı saxlayıram. Amma sən elə əvvəldən qoçaq oğlandın. Eşitdim böyük bir şirkət açmısan, işin-gücün var.
- Şükür Allaha, işim də var, gücüm də.
- Ə, vallah sevindim. Qardaş, neçə vaxtdır səni axtarırdım, indi Allah yetirdi səni mənə.
- Xeyirdimi Əkbər?
- Canım, xeyir olmayanda nə olacaq ki?! Əlbəttə xeyirdi. Amma ayaqüstü söhbət deyil. İstəyirəm axşam bir sizə gəlim. Çoxdandır görüşmürük, bir oturub dərdləşək, çayını içək. Nə deyirsən?
İmran Əkbərin onunla istiqanlı münasibətinin əbəs yerə olmadığını düşünsə də, sözünü yerə salmayıb dedi:
- Nə olar? Nə vaxt ürəyin istəsə, qapım üzünə açıqdır.
İmran elə bu sözə bənd imiş kimi – Oldu, qardaşım. İnşallah bu gün axşam sizdəyəm. - deyərək, tələsik addımlarla uzaqlaşdı.
Əkbər onun arxasınca bir xeyli baxıb, - Heç dəyişməyibsən, Əkbər. Elə necə vardın, ele də qalmısan.- deyə ürəyindən keçirdi və yoluna davam etdi.
Şər təzə qarışmışdı ki, Əkbərin qapısı döyüldü. Evin xanımı Könül uşaqları səsləyib, - ay uşaq, qapının səsini eşitmirsiniz? Gedib açsanız ha!- deyə səsləndi. Rövşən tələsik addımlarla gedib qapını açdı. Sinif yoldaşının atası Bəkiri gördükdə, - Xoş gördük, Əkbər əmi. –deyə anasını səslədi.
- Ana, Əkbər əmidir.
- Əkbər əmi kimdir, oğlum?
- Mənim sinif yoldaşım vardı ha, Lamiyə. Onun atasıdır.
Könül irəli gəlib dedi:
- Xöş gəlmisiniz.
- Xoş gördük sizi - deyən İmranın üzü güldü.
- Kim lazımdır?
- Əkbər evdədir?
- Xeyr hələ gəlməyib.
- Yaxşı mən onda bir az küçədə gəzişim, yəqin harda olsa indi gələr.
- Gəlin içəridə gözləyin.
- Yox sağ olun, ele küçədə gözləyərəm.- deyə Əkbər geri döndü.
İmranın işi çox olduğundan, evə gəlməyə geçikirdi. Amma birdən yadına səhər-səhər Əkbərə söz verməsi yadına düşdü və işçilərinə tapşırıqlarını verib evə tələsdi.
İçəri girər-girməz dedi:
- Məni soruşan olmayıb, -
Rövşən tələsik cavab verdi:
- Ata, Əkbər əmi gəlmişdi. Bayaqdan küçəmizdə gəzişir, görmədin?
- Oğlum, sən hardan tanıyırsan onu?
- Mənim sinif yoldaşım vardı ha, Lamiyə adında. Onun atasıdır də.
Elə bu vaxt qapı döyüldü. Gələn Əkbər idi.
Rövşən onu içəri dəvət etdi. İmran Əkbəri qarşılayıb qonaq otağına apardı. Süfrəyə çay gəldi. Köhnə tanışlar bir-yerdə çalışdıqları vaxtları ordan-burda xatırlasalar da İmran hiss edirdi ki, Əkrəm sözlü adama oxşayır.
Əkbər də darıxırdı. Amma məqsədini bildirmək üçün, hardan, nədən başlayacağına döyüküb qalmışdı. Nəhayət özünü toplayıb, pencəyinin sol cibindən bir şəkil çıxardaraq, İmrana uzatdı.
İmran şəklə baxıb, çiyinlərini çəkdi. Şəkildə oğlu Rövşənlə bir qız əks olunmuşdu. Heç nə anlamadığından soruşdu:
- Bu nədir?
- Görmürsənmi, diqqətlə baxsana, senin oğlunla, menim qızımın şeklidir də!
- Nə olsun ki?! – deyə İmran təəccüblə dedi.
- Qardaş, buradakı mənim qızımın şəklidir ey.
- Olsun.
Bir şey anlamaya İmran oğlunu səslədi:
- Rövşən bura gəl.
Rövşən becit addımlarla atasının yanına gəlib, maraq dolu baxışlarla ona baxdı.
- Oğlum bu nə şəkildir?
Rövşən şəkli əlinə alıb gülümsədi.
- Ata, Əkrəm dayının qızının şəklidir. Orta məktəbdə oxuyanda bir yerdə çəkdirmişdik.
İmran hirsini büruzə verməyərək üzünü Əkbərə tutub dedi:
- Burda nə var ki? Uşaqlar bir yerdə şəkil çəkdiriblər. Sözünün canını de. Nə demək istəyirsən?
Əkbərin sifəti bozardı:
- Qardaş, bilirsən bu namus məsələsidir. Yaxşı deyil axı... Mənim qızımın adı var, sanı var.
Hövsələsi daralan İmran səsini qaldırdı,
- Əkbər, sözünün canını söylə!
- Sözümün canı odur ki, mən bu şərəfsizliyi boynuma götürə bilmərəm. Uşaqları evləndirməliyik. Bir-birlərini istəməsələr, heç şəkil çəkdirərdilər? Gəlmişəm ki, oğlunla qızımın xeyir işinə razılaşaq və toylarını edək.
İmran oğluna sarı çevrildikdə, onun gözlərinin elə bu andaca, sanki, hədəqəsindən çıxacağını gördü.
- Ata, bu kişi nə deyir? Bu şəkili çəkdirəndə, bütün sinif uşaqları bir yerdə idik. Hamı xatirə qalması üçün kollektiv şəkildə, həm də bir-biri ilə şəkil çəkdirmişdi. Belə şey ola bilməz! Bu nə deyir?!
İmran Əkbərin gözlərinin içinə diqqətlə baxıb sərt bir şəkildə dedi:
- Əkbər, ağlını başına yığ. Mənim oğlum saf uşaqdır. Hələ institutda oxuyur, evlənəsi vaxtı deyil. Özündən hoqqa çıxartma. Bu şəkli kimsə görüb?
Əkbər qəzəbini boğaraq dedi:
- İmran qardaş, bir yaxşı düşün. Bu şəkli görən qızım barəsində nə düşünər, hə?! Deməzmi ki, bu nə biabırçılıqdır? Uşağın adına söz çıxmasını istəyirsən?
İmran üzünü oğluna tutub, get mənə bir qayçı gətir.
Rövşən qayçını gətirib atasına verdi. İmran şəkildə təsvir olunan oğlu ilə Əkbərin qızının şəklini ortadan kəsib ayırdı və qızın şəklini Əkbərə uzadaraq sərt şəkildə dedi:
- Sözündən belə çıxdı ki, hələki bu şəkli görən olmayıb də, eləmi?! Al bu da qızının şəkli! Özündə qalx ayağa, ağzını belə açmadan mənim evimi tərk elə!
Əkrəm İmranın qırımında, necə deyərlər bu xınanın, o xınanın tayı olmadığını anlayıb, ağzına su almış kimi sakitcə yerindən qalxdı və
suyu süzülə-süzülə qapıya sarı getdi.
Esmira ŞÜKÜROVA



SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI