PARADOKS

AKTUAL

Azadə Talehin abstrakt şeiri

12-03-2017, 22:08
  •     
  • Müxtəlif, Üst Xəbər |
  •  Oxunma: 215

Yaz ətirli qaranquşlar,
Yoxa çıxan sərçəciklər,
Xoş müjdəli ağ durnalar,
Niyə gəlmir sorağınız?..
Azadə Talehin abstrakt şeiri
Niyə gəlmir sorağınız?
Yoxsa Qərbə üz tutmusuz?
Bizləri də unutmusuz...
Harda gəzim izinizi?..

Harda gəzim izinizi,
Ey vətənsiz yetimlərim?!..
Ey qanadlı məhbuslarım,
Kim bu hala saldı sizi?!


Kim bu hala saldı sizi?! -
Zamanın sərt rüzgarımı?
Niyə azdız səmtinizi?..
Azadə səsləyir sizi...
Azadə gözləyir sizi...

Azadə Taleh, 2017


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI