PARADOKS

AKTUAL

“Yenə o bağ olaydı” sirri

24-06-2014, 10:00
  •     
  • Müxtəlif, |
  •  Oxunma:

“Yenə o bağ olaydı” sirri

Çox dəyər verdiyim bir insanın çox da yaxşı bir sözü var: “Azərbaycan poeziyasına uzağa getmədən, Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri ilə nöqtə qoymaq olardı. Olmağına elədir də. Amma söhbətimiz əsnasında həmin adama da dedim, indi də yazıram, bu şeir adi, sıradan bir şeir deyil, həmdə təkcə gözəl şeir də deyil. Oxuduqca, dedikcə görürsən ki, Müşfiqin bu əsəri əvvəldən sona qədər şifrəli sirrlərlə doludur. Bu möhtəşəm poezya nümunəsi barədə bir neçə kəlmə yazmaq qərarına gələndə, google-də axtarış verib daha çox bilgilər əldə etmək istədim. İlk qarşıma çıxan məhşur publisist, millət vəkili Rəfael Hüseynovun “Bağ romanı” məqaləsi oldu. Müşfiqin bu şeiri həyat yoldaşı Dilbərə həsr etmədiyini bilirdim. Həmin məqalədə Rəfael Hüseynov da bunun Dilbərə yazılmadlğını deyir, hətta dəqiqi ünvan göstərir. Müəllif iddia edir ki, Müşfiq özü ailəli olduğu halda bu şeiri dostunun bacısına, daha dəqiqi yazıçı Ənvər Məmmədxanlının bacısı Arifə Məmmədxanlıya həsr edib. Kifayət qədər maraqlı məqalə olsa da, altında yazılan rəylər Rəfael bəyin yazısını sual altına atır. Kimi Rəfael bəyi , Arifə xanımın təkcə onunçun etdiyi bu söhbəti niyə aləmlə bir etdiyini qınadı, kimisi inanmadı ki, belə şey ola bilməz, Müşfiq ömrü boyu Dilbərə sadiq olub, bu şeiri isə subay vaxtlarında Tora adlı tamam başqa qıza yazıb, kimisi də yazdı ki, başqasına yazsa belə normaldı, şair ürəyidi. Yazının bu yerində onu da qeyd edim ki, Müşfiq heç də insanların qəbul etdiyi ənənənvi şair tipi olmayıb. O gerçək bir Allah övliyası idi ki, onun heç kimə, heç nəyə xəyanətindən söhbət gedə bilməz. Zatən həyat yoldaşı Dilbər də xatirələrində deyib ki, bu şeir məndən əvvəl yazılıb. Mənim özümə gəlincə, mən də Rəael Hüseynovun bu yazısına inanmıram. Daha dəqiq desəm inanmaq istəmirəm. Onun yazısına o vaxt inanmaq olardı ki, Müşfiqlərdən, Cavidlərdən yazan müəllif özüdə onların etdiyinin yüzdə, mində birini edəydi, lazım olanda həqiqətləri söylələydi. Yox əgər bunu edə bilmirsə, heç olmasa gərək hələdə hakimiyyətdə olan, Müşfiqləri, Cavidləri qanına qəltan edən bu rejimə məddahlıq da etməyəydi.

Nə vaxt yazılmağından, kimə yazılmağından asılı olmayaraq bu şeir Şəms Təbrizinin, Mövlanə Cəlaləddin Ruminin, Nəsiminin və digər dərin yazarların sözlərindən daha zəngindir. Sadəcə olaraq o qədər sadə dildə yazılıb ki, heç kim məna altındakı mənaya varmır. Amma bunu səthi oxumayıb bir azca incələyəndə, yuxarıda da yazdığım kimi əsərin şifrəli bir sirr, hətta sirrlər olduğu aydınlaşır. Acizanə olaraq bu şifrələrdən sadəcə birini açmaq istəyirəm... Hər nə qədər savadsız din adamları, mollalar daş atıb başlarını tutsada ki, ruhdan

danışmayın, onun barədə bizə az məlumat verilib, bu heç də belə deyil. Müqəddəs kitabında cənab haqq kifayət qədər ruhdan bəhs edib. Ən əsası isə Nizami Gəncəvidən ta Hüseyn Cavidə qədər bütün övliya şairlər ruh mövzusunu nəzmə çəkiblər.

(Ruh barədə qısaca izahat: Cənab haqq bizi yaradarkən bizə özündən ruh üfürüb. Bu ruha da əmanət deyir. Əmanət isə bəlli vaxtda sahibinə təslim olunmalıdır. Həmçinin də ruhumuz. Yani ölərkən Allaha qovuşan ruhumuzu, ölmədən öncə Allaha qovuşdurmalıyıq, daha doğrusu qovuşdurmağı diləməliyik. Çünki qovuşduracaq Allah özüdür)

Bütün övlia şairlər kimi Mikayıl Müşfiq də ruhumuzu ölmədən öncə Allaha qovuşdurmağın fərz olduğunu bilib və bir çox şerində, ələxsus da “Yenə o bağ olaydı” şerində ruh mövzusunu qabardıb. Mutluluğun, xoşbəxtliyin Ruhu Allaha qovuşurmaqda olduğunu yaxşı bilən şair yazır:

Yenə o bağ olaydı, yenə sizə gələydik,

Danışaydıq, güləydik.

Ürkək baxışlarınla, ruhumu dindirəydin,

Məni sevindirəydin.

Və yaxud:

Nə gözəldir səhərlər bizim böyük ruhumuz,

Aşıb-daşan duyğumuz.

Görünür indiki kimi o zaman da bu mövzu heç də birmənalı qarşılanmırmış. (Həqiqət nə vaxt birmənalı qəbul olunub ki?). Odur ki, Müşfiq də bu söhbətlərin nə qədər sevindirici olduğunu yazsa da, bir o qədər gizli olmağının tərəfdarı imiş:

Gizli söhbət açaydıq, ruhun ehtiyacından,

Qardaşından, bacından,

Çəkinərək çox zaman söhbəti dəyişəydin,

Mənimlə əyişəydin.

Hər nə qədər ruhumuzun bədənimizdən çıxıb, yeddi göy qatını aşaraq Allaha qovuşmağı məcaz kimi görünsə də, bütün övliyalar kimi Mikayıl Müşfiq də bunun bir gerçəklik olduğunu bilirdi və şerində əks etdirib: Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,

Can-ciyər olacaqlar.

Bir az da uzaqlara açacaqlar yelkəni,

Ruh yeni, höyat yeni...

Çıxacaqlar göyləri aşaraq dönə-dönə,

Buludların fövqünə.

Onu da qeyd edim ki, “Yenə o bağ olaydı” əsərinin açılmamış gizli zənginliyi çoxdur. Yuxarıda da qeyd etdiyim kimi mən ancaq bunu görə bildim. Məsələn ipucu olaraq daha birini deyə bilərəm. Rəhmətlik mistik yazıçı İsa Hüseynov romanlarından birində yazır ki, rusların “boq” yani Allah kəliməsi türklərin “bağ” kəliməsindən yaranmadı. Guya ruslar da əvvəllər ibadətlərini türkcə edirmiş və boq kəliməsi Allaha bağ, Allaha bağlılıq anlayışlarından törəmədir, əsrlər keşdikcə bu bağlılıq,bağ dönüb boq olub. Kim bilir bəlkə Müşfiq də bu şerdə bağ kəliməsini məkan olaraq yox, bağlılıq mənasında işlədirmiş. Buyursun araşdırmaçılar araşdırsın. Qeyd: Üzü Kitabi Dədə Qorquddan bu yana, Nizami Gəncəvidən tutmuş, Mövlanaya, Hüseyn Cavidə qədər bütün mutasavvuflar ruh mövzusunda əyan-bəyan və ətraflı yazıblar. Biz də yazımızdakı hər bir cümlənin arxasında övliya sözləri ilə, hədislərlə, hətta Quran ayələri ilə dayanmışıq.


Sərxan Carçı


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI