PARADOKS

AKTUAL

Bu gün Moskvada Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin xatirə lövhəsi açılır

20-06-2014, 10:36
  •     
  • Müxtəlif, |
  •  Oxunma:

Bu gün Moskvada Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin xatirə lövhəsi açılır
Bu gün Moskvada, “Tryoxprudno” döngəsi 11/13-də, uzun illər yaşayıb-yaratdığı binada görkəmli müasirimiz, böyük bəstəkar Qara Qarayevin xatirə lövhəsinin açılışı olacaq.

Qara Qarayevin Azərbaycanla bağlılığı təkcə bu gözəl ölkədə doğulması və azərbaycanlı olması ilə məhdudlaşmır. O, yaradıcılığının məğzi, məna və mahiyyəti ilə, nəinki hər əsərində, hətta hər notunda belə, AZƏRBAYCANLI olub. Şəxsiyyətinin böyüklüyü, yaradıcılıq ənənəsinin əhəmiyyətinə görə Qara Qarayevi DÜNYA ADAMI adlandıranlar nə qədər də haqlıdırlar...

Qara Qarayevi Rusiya paytaxtı ilə bağlayan isə Dmitri Şostakoviç adına Moskva Konservatoriyasında təhsil almasıdır. Bəstəkarın nəsillərdən-nəsillərə ötürüləcək, yüz, min illər yaşayacaq bir çox monumental əsərinin primyerası məhz dünyanın ən böyük musiqi mərkəzlərindən sayılan bu Konservatoriyada olub.

...“Üçgöl” anlamına gələn “Tryoxprudno” döngəsində, başqa sözlə, Moskvanın lap mərkəzində bu gün yenidən hər kəs Qara Qarayevi anacaq, onun özünəməxsus, əsrarəngiz musiqisinin əsirinə çevriləcək...

Həyatı

Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən olan Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olub.

1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib. Professor Georgi Şaroyevin fortepiano sinfinin, eləcə də Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyli) siniflərinin tələbəsi olub.

1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilib, 1938-1940-cı illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində (A.N.Aleksandrov) təhsil alıb, 1941-ci ildə Bakıya qayıdaraq Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsinə təyin edilib.

1955-ci ildə Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, 1958-ci ildə Azərbaycan SSR xalq artisti, 1959-cu ildə isə SSRİ xalq artisti adına layiq görülüb.

1982-ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişib, Bakıda dəfn olunub.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI