PARADOKS

AKTUAL

Əbil Həsənov-Xaraba kənd

19-06-2014, 21:11
  •     
  • Müxtəlif, |
  •  Oxunma:

Əbil Həsənov-Xaraba kənd
Artıq yaz gəlmışdi.Günəş öz istisi ilə torpağı qızışdırdıqca onun da bədəni qızırdı.Gözlərini açıb yuvasşndan çıxdı.Ətrafına baxdı.Günəşin şüaları onun gözlərini qamaşdırdı.O, yenə yaşayıyırdı.

Belə yaşamaqdan bezmişdi.Qocalmışdı.gözlərinin işığı azalmışdı.Nə dişi qalmışdı,nədə zəhəri.

Ölmək istəyirdi,amma yenə günəşin istisi onu yenə həyata qaytarırd

Aclıq onu taqətdən salmışdı.Dikəlib ətrafına baxdı.Yaxınlıqda qoyun sürüsü gördü.O sürünə-sürünə sürüyə tərəf gəldi.Çobana yaxınlaşdı.Onu görüb tanıdı.Çobanı da sancmışdı. Fısıldayaraq

dilini çıxarıb çobana yalvarmağa başladı:-Bir daha sizi incitməyəcəyəm.Sənə yalvarıram ya mənə

bir tikə çörək ver ya da öldür.Canımı bu əzabdan qurtar:-dedi.

Çoban isə-Mənim sənə verəsi çörəyim yoxdu.Sən ilansan ilan. Qabığını dəyişirsən. xasiyyətini yox.O boyda kəndi xarabaya döndərdin,indi məndən yemək istəyirsən?Get qanını mənim üstümə tökmə: -deyərək onun quyruğundan tutub kəndə tərəf tulladı.

O,gözlərini açanda özünü xaraba bir evin qarşısında gördü.Evin sahibini sancaraq necə oldürdüyünü gözləri önünə gətirdi.: -Məni öldürüb balalarımı yetim qoyma.;

- Kəs səsini .Sən nə bilirsən ki,mənim balalarım sənin balalarını sağ qoyacaq.;-deyərək dilindən sancıb onu öldürmüşdü.

Kənddə heç kim qalmamışdı.O,balaları ilə kəndin sakinlərini kənddən didərgin salıb,kəndi xarabaya çevirmişdilər.Açlıq və susuzluq onu haldan salmışdı.Nə yeməyə bir şey,nədə içməyə su tapdı.:Gedim durum yolun üstündə,bəlkə kimsə məmi görüb öldürə.;-deyərək yola tərəf süründü.

Bu yol ilə nə gedən vardı, nə gələn.Xaraba kəndə kim gələcəkdi ki?

Əbil Həsənov


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI