PARADOKS

AKTUAL

Yenə yağır yaz yağışı

17-06-2014, 23:12
  •     
  • Müxtəlif, |
  •  Oxunma:

Yenə yağır yaz yağışı
Yenə yağır yaz yağışı
O bakirə buludların qız yağışı.
Sanki göyün qəlbi dolub,
sanki göyün öz qəlbinə özgələrin dərdi dolub.
Ağrıları daşımağa gücü çatmır
Hıçqıraraq ağrıları ,acıları
dünyanın kar qulağına pıçıldayır
Bilir dünya kar olsa da,
qulağı var,pıçıldayır...
Qovur qəlbindən dərdini,kədərini
Elə bilir bundan sonra
görməyəcək bu kədərdən betərini...
Damlalar da anasından üz çevirən uşaq kimi
göydən qopub yerə düşür.
Yerdən uçub göyə hopub,yerə düşür.
Ehh,bunlar uzun məsələdir...
Ey asiman,danış görüm dərdin nədir?
Bu gün sənə nə olubdur?
Niyə bu gün belə qəmli,hüznlüsən?
Acıyıram əhvalına
Biixtiyar rəhmim gəlir,elə qəmli,hüznlüsən.
De səndəmi incimisən mənim kimi?
Səndəmi bu qismətdəki bədbəxtliyə,
ülvi səadət demisən mənim kimi?
Keçmiçə bax,indiyə bax
Salam verib day görüşmür sevilənlər
Niyə bizi başa düşmür sevilənlər?
Əlbət səni ənginliyə sığdırdığın
ulduzların,günəşin ,ayın anlamır
Bədbəxtçilik budur,səni sənin tayın anlamır.
Gurulda,içinə yığılmış küsgünlüyünü
damlalara çevir ,göndər bizə
Bəlkə o damlalar mənə şəfa verdi
Bəlkə mən unutdum qəmi,dərdi.
Mən də eynən sənin kimi
sağalmaz yaralardan qurtulmaq istəyirəm.
Yol kəsən qayalara,
dəli dalğalar kimi çırpılmaq istəyirəm...
Daha küsmək ,incimək istəmirəm başa düş..
Bir zərrən yerə düşsə ,elə bilirəm sən düşmüsən
Bütün sıxıntılardan bir anlıq üzlüşmüsən
Üzlüş sıxıntılardan,ayrıl sıxıntılardan
Yağdır yağışını,təbiətin dilində
biz danışaq səninlə.
Gəl qovuşaq səninlə.


Azadə Abdinova


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI