PARADOKS

AKTUAL

TÜRKSOY-un baş katibi Qazaxıstan səfirliyində mükafatlandırılıb

11-04-2017, 17:42
  •     
  • Mədəniyyət, SON XƏBƏR |
  •  Oxunma: 214

TÜRKSOY-un baş katibi Qazaxıstan səfirliyində mükafatlandırılıbTÜRKSOY-un baş katibi Qazaxıstan səfirliyində mükafatlandırılıb
TÜRKSOY-un baş katibi Düsen Kaseinovun türk dünyası qarşısında xidmətlərinə görə qızıl medalla təltif edilib. , Qazaxıstanın Azərbaycandakı səfirliyində keçirilən təltif edilmə mərasimində Kızılordinsk vilayətinin rəsmiləri, “Qazaxıstan dostları” qrupunun üzvləri iştirak edib.

Düsen Kaseinovun türk dili, mədəniyyəti, tarixinin inkişafında böyük rol oynadığını deyən Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevin sözlərinə görə, onun ən yadda qalan layihələrdən biri Koroğlu tamaşasının türkdilli dövlətlərdə yerli sənətçilər tərəfindən öz dillərində səhnələşdirilməsi olub. Bundan əlavə Düsen Kaseinovun Türkvizion mahnı müsabiqəsi və türk dünyasının mədəni paytaxtları layihələrin həyata keçməsində böyük rol oynadığı bildirilib.

Qazaxıstanlı diplomat Nursultan Nazarbayevin Azərbaycana səfəri zamanı hər iki ölkədə mütəmadi şəkildə mədəniyyət tədbirlərin keçirilməsinin razılaşdırıldığını nəzərə çatdırıb.

Onun qənaətinə görə, yaxın 3-4 gün ərzində Kızılordinsk vilayətinin mədəniyyət günlərinə həsr olunmuş tədbirlərin Azərbaycanda keçirilməsi Qazaxıstan mədəniyyəti və dilini azərbaycanlılara daha da yaxın edəcək.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI