PARADOKS

AKTUAL

Könül Ordubadi – SƏNİN XƏYALINLA

4-04-2017, 01:08
  •     
  • Mədəniyyət |
  •  Oxunma: 142

Könül Ordubadi  –  SƏNİN XƏYALINLA Könül Ordubadi – SƏNİN XƏYALINLA

Düşünmə həyatda səni unutdum
Sənin xəyalınla mən gecələdim
Həsrətin yandırıb içimi yaxdı
Sənin xəyalınla mən gecələdim

Günəşə boylanıb gündüz istədim
Zülmət gecələrdən mən ay istədim
Tanrıdan yalvarıb səni istədim
Sənin xəyalınla mən gecələdim

Boylandım sulara axan çaylara
Kürəyimi söykədim daşlı qayalara
Fəryadım yayıldı uca dağlara
Sənin xəyalınla mən gecələdim


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI