PARADOKS

AKTUAL

Vətəndaş şair Rauf İlyas oğlu Allahverdiyev kimdir?

23-03-2017, 21:42
  •     
  • Mədəniyyət, Müxtəlif |
  •  Oxunma: 208



Vətəndaş şair Rauf İlyas oğlu Allahverdiyev kimdir?
Əslən Zəngəzur mahalının Qubadlı rayonundan olan Rauf İlyasoğlu Aİlahverdiyev 19 mart 1959-cu ıldə Ağdam şəhərində peşəkar jurnalist ailəsində doğulub. 1965-1975-ci iilərdə Ağdam şəhər 8 saylı orta məktəbdə təhsil alaraq, 1975-1977-ci illərdə Ağdam rayon SMU-43 tikinti quraşdırma idarasində fəhlə işləmişdir. Eyni zamanda Ağdam rayon "Lenin yolu" qəzetində ştatdankənar müxbir işləmiş və həmin ildən məqalələri dərc olunmuşdur. 1974-975-ci illərdə 2 illik sürücülük məktəbini bitirib.
1977-ci ildə Azərbaycan Politexnik İnstitutunun (1980-ci ildən bu təhsil ocağı Azərbaycan Texnoloğiya Institutu adlandırılıb) Gəncə fılialına daxil olub. İnstitutda Tələbə Həmkarlar Komitəsinin sədr müavini və qrup nümayəndəsi olmaqla yanaşı, ictimai işlərdə fəal iştirak etmişdir. Təyinatla 1982-ci ildə Bakı Konvol Kombinatında növbə rəisi göndərilmiş, həmin ildə hərbi xidmətə çağırılmış, Tomsk vilayətində hərbi komandirlər məktəbini bitirmişdir. 1984-cü ildə hərbi xidməti başa vuraraq yenidən istehsalata qayıtmış, sex rəisi, aparıcı mühəndis, texniki nəzarət şöbəsinin rəisi və keyfiyyət işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. BKK-nın Əyirici fabrikində "Sancaq" satirik divar qezetinin redaktoru olub, dövlət əmlakını dağıdanlara qarşı mövzusunda Yüngül Sənaye Nazirliyinin ixtisasartırma kurslarını müvəffəqiyyətlə bitirib. O, SSRİ-nin bir çox şəhərlərində Moskva, Leninqrad, Ukraynanın Kiyev, Çernikov, Özbəkistanın Daşkənd, Tacikistanın Leninabad şəhərlərindəki toxuculuq fabriklərində ezamiyyətlərdə olmuş, yeni texnologiyanın istehsalata tətbiq olunmasında 10-dan artıq səmərələşdirici təkliflərin müəllifıdir. 1991-1993-ci iilərdə könüllü olaraq Qarabağ müharibəsində iştirak etmişdir. O, atası - İlyas Qəmginin bir neçə kitablarının, o cümlədən "Laçın qaşında, qəzəllər və…", "Mənim inamlı dünyam" kitablarının və digər kitabların redaktoru və tərtibçisidir. 2008-ci ildə vətənpərvərlik mövzusunda yazdığı "Xatırəyə dönmüş anlar" kitabı çap olunmuşdur. 2004-cü ildən Yayım Assosiasiyasının təsis etdiyi "Yeni Nəşrlər" kataloq jurnalının məsul katibi vəzifəsində çalışır. İşlədiyi müddətdə 40 mindən artıq müəllif kitabları haqqında geniş oxucu kütlələrini məlumatlandırmışdır. 2007-ci ildən "Respublika" qezetinin məsul katibinin müavini, 2009-cu ildən analitik informasiya şöbəsinin baş müxbiri, hal-hazırda isə xüsusi müxbir vəzifəsində işləyir. Ağdamda yaşadıqları atasının evində qalmış əlyazmalarının bir qismini 1992-ci ildə təhlükəsiz yerə çıxardaraq, 2008-ci ildə ermənilərin simasını ifşa edən "Qara Göl" romanının tərtibçisi və redaktoru olmuşdur. Misir Mədəniyyət Mərkəzinin, Azərbaycan Jurnalistlər Birliyinin, Respublika İdman Jurnalistləri və Yayım Assosiasiyalarının, Azərbaycan Mübariz Müharibə Veteranları Birliyinin, Zəngəzur Cəmiyyətlər birliyinin, Vahid poeziya evinin, İti Qələm Respublika Ədəbi Birliyinin, Qafqaz Media və Əsrin Ziyalıları İctimai Birliklərinin, Azad Qələmlər Cəmiyyətinin üzvü və Fəzilət Xeyriyyə İctimai Birliyinin və Azərbaycan-Türkiyə Tarixi Araşdırma mərkəzinin sədr müavinidir. "Qızıl qələm" "İti qələm" və bir çox mükafatlar laureatıdır. 2011-ci ildə "Dostlara dost töfhəsi" şeirlər kitabı, 2013-cü ildə isə "Könül duyğularım" (500 səh) kitabları çap olunmuşdur. 2011-ci ildə çap olunmuş 4-cü sinif «Azərbaycan dili» sinifdənxaric oxu kitabına Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi poema dərsliyə salınmış və Respublikamızın bir çox məktəblərində şagird və müəllim kollektivilə görüşləri keçirilmişdir.
R.İlyasoğlunun 2013-cü ildə 190-dan artıq "Cinaslı rübailər" miniatür kitabı çap olunmuş dəyərli alimlərimiz Qara Namazov, Eldar İsmayıl, tanınmış jurnalist Zümrüd Qurbanqızı, professor Ziyadxan Nəbibəyli və bir çox tanınmış qələm sahibləri kitaba ön söz yazmış və müsbət fikirlər söyləmişlər.
Yorulmadan yazıb yaradan Rauf İlyasoğluna yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.



VƏTƏN SAĞ OLSUN

Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun əziz xatirəsinə

Bir körpə dil açaraq Biləsuvar elində,
Oddan-alovdan keçib böyüdü at belində.
Çinar tək boy ataraq igid pəhləvan oldu,
Fərəhdən atasının gözü sevinclə doldu.
İdman yarışlarından qayıdırdı üzü ağ,
Onu görən deyirdi, arxamızdı, gəlir dağ.
Çempion olan vaxtı dostları sevinirdi,
Ana, üzərlik yandır, bacısı deyinirdi.
Göz dəyməsin xalqımın qəhrəman övladına,
Allah yetsin mərdlərin həmişə imdadına.
Könüllü xidmət etdi, sərhəd bölgələrində,
Gözləyirdi səngərdə, kəndin döngələrində.
Azğınlaşmış erməni hər an pusqu qururdu,
Türkü arxadan vurub, üzlərinə dururdu.
Mübariz haqsızlığa dözə bilmədi, əlbət,
Düşmənin qarşısında sinəsi sipər, həm sədd.
Məktub yazdı "ay ana məndən qalma nigaran
Vətən sağ olsun" - dedi, göynəsə də qəlb yaran.
Əgər mən qayıtmasam, məni bağışla, ana!
Görən ana dərdindən alovlanıb kim yanar?
Xeyir-dua almışdı anasından Mübariz,
Ona tanış gəlirdi, işğalda qalan hər iz.
Cəsur kəşfiyyatçıtək irəliyə şığıdı,
Kolda - kosda gizlənən goreşen bic - dığadır.
Vətəni qoruyaraq düşmənin cəbhəsinə,
Vəlvələ salıb çökdü mənfurun sinəsinə,
Xeyli quldur qıraraq qisas aldı həmin an,
Düşmənlər çaşqın qalıb, deyirdilər vay aman:
- Bunu Allah göndərib bəlkə bizi qırmağa?
Diri tutaraq onu tez keçirin qırmağa!
Qırıb, çapdı düşməni, şəhid oldu qəhrəman.
Hər an anılacaqdır keçdikcə zaman-zaman,
Yağılar əsirdilər igidin nərəsiylə,
O, düşmən gülləsini susdurdu sinəsiylə.
Cəsədindən qorxurdu ermənilər həmin an,
Görün neçə saqqallı yerdə gəbərib, haman!
Ağır seyid övladı düşmənlə cihad etdi,
Bir günəştək saçaraq dünyadan rahat getdi.
Ali Baş Komandanım Qəhrəman adı verdi,
Mübariz uyan məkan əbədi cənnət yerdi.
Tarixə qəhrəmantək şərəflə yazdı adın,
Əbədi yaşayacaq mübariz tək soyadın.
(Bu şeir 2011-ci ildə dərs vəsaiti kimi IV sinif “Azərbaycan dili” (sinifdənxaric Oxu) kitabına salınmışdır

ANA

Gəldim ana, səni ziyarət edəm,
Göz yaşlarım incidərmi ruhunu?
Baxdın mənə qəmgin, məzar daşından,
Arzu, Məleykəylə, görüb yuxunu.

Qönçə gül gətirdim, gəl ayıl, ana,
Namiq də çox erkən gəlib yanına.
Bağışla, olubsa əgər günahı,
Əcəl tez axtardı, qıydı canına.

Yeni ili səninlə keçirmişəm,
Ayrıla bilmirəm səndən ay ana.
Sənsiz dərdlərimə dərman eyləyən,
İnanmıram mənə səntək kim yana?

ANA DİLİM

Doğransam da dilim-dilim, yaşayacaq Ana dilim,
Bir soyköküm, qədim dilim, qüdrətlidir, Turan elim.

Para - para paralandıq, Bəy gölünü Baykal bildik,
Kərkük türküm qan içində, Xocalımı vay itirdik.

Yasaq etdi Şah rejimi öz dilimə qovuşmağa,
Adət etdi Təbriz elim fars dilində danışmağa.

Anam mənə öz dilimdə, beşiyimdə layla demiş,
Ağlayanda, o ağlamış, güləndə gör nə sevinmiş.

Qoymazdı ki, xətər yetə candan əziz körpəsinə,
Qucaqlayıb tez basardı hərarətli sinəsinə.

Qurban olum laylay deyən anaların ürəyinə,
Öz dilini unudanın Tanrım gəlməz köməyinə.

Öz dilinə hörmət edən yaşayacaq əsrlərlə,
Öz dilini dəyişənin fərqi yoxdu əsirlərlə.

Yad dilləri öyrənənə eyb eləməz, xeyri çoxdur,
Eyib odur unudasan, deyələr ki, dili yoxdur.

Əhsən olsun "Dədə Qorqud" boylarını söyləyənə,
Borcluyam mən ana dilin qədrin bilib öyrədənə.

Birləşəcək türk elləri, qayıdacaq illərinə,
Öz dilimdən çönməyəcəm o əcnəbi dillərinə.

Bölünsək də ayrı-ayrı məmləkətə, diyarlara,
Rauf yazır öz dilində, onu anıb duyanlara.

DİL

Adam var dili oz başına bəla
Dil var üz ağardar, başı ucaldar.
Bir şey ki, ilanı azdıra bilə
O dağı əridər, daşı qocaldar.
Mahmud Vəlinin
“Adamın dili” şeirinə nəzirə

Dil var danışanda qönçə, gül açar,
Dil var danışanda gül, dildən qaçar.
Dil var qəlbimizə bir işıq saçar,
Dil var bağlı yola asan yol açar.

Dil var danışanda şəkərdir, baldır,
Dil var danışanda necə aldadır?
Dil var fitnə salır, qəm qüssə dadır,
Dil var danışanda dil-dildən qaçır.

Dili dinc saxlasan başın ağrımaz,
Dili dinc saxlasan saçın ağarmaz,
Dili dinc saxlasan hakim çağırmaz,
Dil var qəlbimizə bir işıq saçar.

Adam var dilindən dad çəkir fələk,
Adam var qaş-gözlə edir hey kələk.
Adam var dilini tikəsən gərək,
Dil var qəlbimizə asan yol açır.

Zəhərli ilan var, yaxşıdır dildən,
Dil var ki, qaçasan səs gələn zildən,
Dil var ətirlidir o qızıl güldən,
Dil var dilini dəyişib qaçar.

* * *
Türkün adı gələn yerdən,
Alçaq erməni çəkilər,
Atatürkün kölgəsindən
Yaltaq daşnaqlar əkilər.

DİLİMİZDƏ YAD KƏLMƏLƏR

Dilimizi kim korlayır, bəlkə yadlar,
Fikir verin, işlədirik belə adlar.

Şovinistlər, optimistlər, alpinistlər,
Anarxistlər, pantürkistlər, realistlər.

Pionist də, artist, matros, terrorist də,
Çekist, nasist, matorist də, kommunist də.

Materialist, idealist, inturist də,
Faşist, solist, sosialist, maşinist də.

Sadalasam neçə-neçə yad kəlmələr,
Daxil olub Azərbaycan dilimizə.

Darvazamdan aşıb artan bu kəlmələr,
Qarışıbdı bağça bağda gülümüzə.

Tariximi kimlər yazır, araşdırın!
Alimləri bir-biriylə barışdırın!

Bu yad sözlər qarışıbdı dillərimə,
Yayılıbdı o doğmaca ellərimə.

Ay dilbilməz dilçilərim, ayılın siz!
Heç olmasa xalq içində sayılın, siz!

İki kəlmə ana dilin görməyənlər,
Vəzifədə öz dilini bilməyənlər.

Kürsülərdə öz dilini qarışdıran,
Neçə dili bir-birinə alışdıran.

Məclislərdə dili topuq çalanlara,
"Papa canı" deyib çəpik çalanlara.

Kimsə demir bir kəlmə də, qanmazlara,
Millətinə qənim çıxan yanmazlara.

Dil qarışdı, qan qarışdı, eyni şeydir,
Döl qarışdı, yan daraşdı, eyni şeydir.

Əsas odur qeyrət olsun, təpər olsun,
Hər vətəndaş öz dilini bərk qorusun.

Hörmət edib öz dilini uca tutsan,
Özgələr də hörmət edər sən yatmasan.

BƏNÖVŞƏ

Çiçəkli dağları dolandım yenə,
Həsrətlə axtardım səni, bənövşə!
Görəndə sevinib, dərəndə necə,
Ətrindən doymadım sənin, bənövşə!

Bəlkə də, gizlicə baxırsan yana,
Tamarzı qalmısan əl sığalına.
Şaxta sənə qıysa, alışıb yana,
Var güllər içində xətrin, bənövşə!

Dağlarım dumana, çənə bürünür,
Çəməni gəzirəm yerin görünür.
Boynu bükük çöhrən necə bilinir?
Yayıla hər yana ətrin, bənövşə!

Yağmalandı yurdum, o doğma elim,
Yetişə bilmədi bir yana əlim.
Bitmisən bəlkə də buludda, gülüm,
Hanı dəstə-dəstə çətrin, bənövşə?

Gəzərəm elləri hər yaz gələndə,
Tapsam sevinərəm səni görəndə.
Xalqım zəfər çalar, deyib, güləndə,
Qalsın könüllərdə sətrin, bənövşə,
Raufun qəlbində ətrin, bənövşə.

YAZDA KOL DİBİNDƏ BİTƏN BƏNÖVŞƏ

İlyas Qəmginin (Allahverdiyevin) (1924-2005) “Könül dəftəri” kitabından, Bakı, Gənclik nəşriyyatı, 1997-ci il

Yazda kol dibində bitən bənövşə,
Yolunu gözlədim bu il gəlmədin.
A zərif boynunu bükən bənövşə,
Mən nələr düşündüm, bu il bilmədin.

Yəqin həsrət qaldım əl sığalına,
Gözlərim sarala-sarala qaldı.
Bu yurdun qisası bir gün alınar,
Dağlar inanmıram marala qaldı.

ANA LAYLASI

Poema

Elə bil ki, tək qalmışam
Mən anasız, bir adada
Dostlar, deyin anatək pak
Varlıq varmı bu dünyada?!
Dünyasını dəyişəndə
Ana-ana deyənlərin
Dərd ömrünü atır oda!
Övlad üçün ən dəhşətli
Bir əzabdır ana dağı!
Övladlara kədər verər,
Anaların ayrılığı!
Sərkərdələr, dahilər də
Dağ üstünə dağ qoyan da
Qartal kimi göyə qalxıb
Göy üzündə uyuyan da.
Anaların laylasının
Atəşinə sığınıbdı.
Hərarətli dünyasının
Atəşiylə qızınıbdı.
Sanıbdır can dəyanəti
Dilinin xoş kəlməsini
Ürəyinə şərbət kimi
İçiribdir bal səsini.
Övlad kimi anaların
Borcundan yox çıxan, məncə!
Anasına görə oda
Yox özünü yaxan məncə!
Öz Sərəncam anam qəfil
Əzraillə döyüşəndə
Dünyasını dəyişəndə
İldırımtək başım üstə.
Çaxdı ana ayrılığı!
Varlığımı qızmar şişə
Taxdı ana ayrılığı!
Mənə baxdı yağı kimi.
Sinələrin dağı kimi
Ürəyimə ağı kimi
Axdı, ana ayrılığı!
Dayandım mən dərdlə qoşa,
Ömür yazım döndü qışa,
Sevincimi dərhal daşa,
Çaxdı ana ayrılığı!
Taqətimi kəsdi fələk,
Qan yelitək əsdi külək,
Ürəyimi məngənətək,
Sıxdı ana ayrılığı!
Andım şirin dillərini,
Öpdüm solğun güllərini
Vida çağı əllərimi
Sıxdı ana ayrılığı!
Köçən günün gecəsində
Onu gördüm mən yuxuda!
Od içində yanan ömrüm,
Sanki oldu şən, yuxuda!
Anam dedi: qanadlanıb
Əziz atan İlyasla, bil,
Gen səmada uçuram mən!
Gözlərindən yaş axıdan.
Səmanı da qucuram mən!
Biz səmada qərar tutub
Yurd salmışıq, bir bax, oğul!
Sanma heç də sən ananın.
Ayrılığın günah oğul!
Rahat nəfəs alıb, yaşa,
Qoy narahat olmayım mən!
Övladların, nəvələrin
Mən əvəzdən öp üzündən
Elə et ki, süzülməsin
Həsrət yaşı qoy gözündən!
Dedim: ana, qardaşımı,
Əziz canım sirdaşımı.
Qarşıla, sil göz yaşımı,
Qucaqladım baş daşını.
Hamımızdan tez qovuşdu,
Nəm torpağa tez uyuşdu,
Səmalara nə tez uçdu,
Qəm-qüssədən tez sovuşdu.
Ruhu indi rahat oldu,
Qəlbi intizarla doldu,
Yaşıl budaq nə tez soldu?
Bu yol gedər-gəlməz yoldur.
Ağdamında yaşasaydı,
Son qoyardı, göz yaşına
46 yaş nə yaşdır ki?
O, çatardı yüz yaşına.
Oyan, ana aç qolunu,
Namiq gəlib bağrına bas,
Gözləyirdin sən yolunu,
Saxlayırıq anasız, yas.
Ana! Oğlun səninlədir,
Dinlə könül sözlərini,
Sən narahat olma daha,
Yığ yollardan gözlərini.
İlyas adın yaşadanın
Qeydinə qal, dərdinə yan,
Fikir etmə ayrılığa.
Ayrılıbdı bədəndən can.

Anam dedi:
Çətin olar bu qayıtma,
Yeməyini ye, soyutma!
Axı mənim əziz ruhum
İmkan verməz dərd çəkəsən!
Qoymaram ki, göz yaşınla
Ürəyində qəm əkəsən!
Ana, ana deyib, necə
Öz səsimə ayılanda,
Hiss etdim ki, gördüklərim
Bir gerçək yox, yuxu imiş.
Necə olub, köçən çağı
O, yuxuma gəlib girmiş!
Qəm oduna alışanda,
Səmalarda bunu bilmiş.
Yuxudakı sözlərini
Yada salıb az da olsa
Bir təsəlli tapa bildim!
Yaddaşıma həkk olunan.
Bu yuxunu tez söylədim
Ayılanda, doğmalara,
Dedim, Novruz! Anam mənə
Səmalardan əl eylədi.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI