PARADOKS

AKTUAL

ABŞ-dan Fətullah Gülən açıqlaması

2-04-2014, 11:03
  •     
  • Mədəniyyət, |
  •  Oxunma:

ABŞ-dan Fətullah Gülən açıqlaması
Marie Harf: "Belə işlərin bir türk vətəndaşının Pensilvaniyada yaşaması ilə heç bir əlaqəsi yoxdur"

Dünya ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Marie Harf Gülən camaatının lideri Fətullah Güləndən danışıb.
Harf jurnalistlərə açıqlamasında ABŞ-ın Fətullah Gülənə dəstək verməsi və “twitter”in bağlanmasına görə Türkiyənin ünvanına təziqləri artması məsələsinə aydınlıq gətirib.

O, qeyd edib ki, Türkiyə hökümətinin “twitter”ə qadağa qoyması düzgün deyil: “Bir nəfər Pensilvaniyada yaşasın və yaxud yaşamasın Türkiyə hökümətinin “twitter”ə qadağa qoyması doğru deyil. Belə işlərin bir türk vətəndaşının Pensilvaniyada yaşaması ilə heç bir əlaqəsi yoxdur”.

Harf, Türkiyə-İsrail münasibətlərinin tərəfdarı olduğunu bildirən Fətullah Gülənlə eyni mövqedə dayanmaları barəsində olan sualı da cavablandırıb: “Xeyir. Eyni mövqedə deyilik. Türkiyə bir NATO ölkəsidir. Hər zaman, hər mövzuda razılaşmaya bilərik. Bu səbəblə də Pensilvaniyada yaşayan bəyi unudun! Türk höküməti ilə ikili bir ittifaq qurmuşuq”. - See more at: http://azerinews.info/index.php?newsid=8838#sthash.JYMFWtkE.dpuf


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI