PARADOKS

AKTUAL

Hakim müttəhimlərə söz haqqı vermədi

2-04-2014, 10:01
  •     
  • Mədəniyyət, |
  •  Oxunma:

Hakim müttəhimlərə söz haqqı vermədi
Misirdə "Müsəlman Qardaşlığı" partiyası üzvlərinin növbəti məhkəməsi baş tutub. Qahirədə keçirilən məhkəmədə hakimlər partiya liderlərindən olan Məhəmməd Bədiyə və digər 50 nəfərin işinə baxıblar.

Bu dəfəki məhkəmə prosesində də müttəhimlər hakimlərə qarşı etiraz şüarları səsləndiriblər.

Məhkəmə zamanı hakimlərin müttəhimlərə söz hüququ tanımaması qarşı tərəf vəkillərinin etirazlarına səbəb olub. Vəkil Muşir Əhməd Əli hakimlərin qərəzli olduğunu bildirib və onların dəyişdirilməsini tələb edib.

Bu arada, paytaxtın müxtəlif bölgələrində partiya tərəfdarlarının etiraz aksiyaları ötən gün də davam edib. Ayn Şəms Universitetinin tələbələri mərkəzi küçələrdən birində hökumətə qarşı yürüş keçirməyə cəhd göstərib. Lakin təhlükəsizlik qüvvələrinin aksiyaya müdaxiləsi sonda zorakılıqlarla yadda qalıb. Etirazçılar daş və yanıcı maddələrlə polisə hücum ediblər. Polis isə gözyaşardıcı qazlarla aksiyanı dağıtmağa çalışıb. Məlumata görə, qarşıdurmalar zamanı 45 nəfər xəsarət alıb. Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır hesab edilir.
Mənbə
Associated Press


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI