PARADOKS

AKTUAL

Müxalifət namizədlərinin səsləri zibillikdə tapılıb

2-04-2014, 00:31
  •     
  • Mədəniyyət, |
  •  Oxunma:

Müxalifət namizədlərinin səsləri zibillikdə tapılıb
Türkiyədə seçki saxtakarlığına aid daha bir fakt üzə çıxıb.

Verilən məlumata görə, Osmaniyyənin Düziçi rayonunda 6 ayrı-ayrı məktəbin zibil qutularında СHP və MHP-yə verilən səslər aşkarlanıb.

Möhürlü bülletenlər сırılaraq zibilliyə atılıb. Büllenetləri ərazidə yaşayan sakinlər aşkarlayıblar və dərhal bu barədə yerli polis idarəsinə məlumat veriblər. Buradan namizəd olan СHP-çi Alper Önər və MHP-çi Məhəmməd Kaya Seçki Komissiyasına və prokurorluğa şikayət ediblər.

Fakt üzrə Düziçi rayonun hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar.
Mənbə
ANS PRESS


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI