PARADOKS

AKTUAL

Türkiyə MSK-sı qarşısında etiraz aksiyası olub

1-04-2014, 02:37
  •     
  • Mədəniyyət, |
  •  Oxunma:

Türkiyə MSK-sı qarşısında etiraz aksiyası olub
Bir qrup Ankara Böyük şəhər Bələdiyyə sədrliyinə seçkinin nəticələrinə etiraz olaraq, Mərkəzi Seçki Komissiyasının (Yüksək Seçim Kurulu) qarşısına toplaşıb.

Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, onlar Ankara Böyükşəhər bələdiyyəsinin sədri Melih Gökçəyin əleyhinə şüarlar söyləyərək, dağılışıb.

Aksiya iştirakçılar aprelin birində yenidən toplaşacaqlarını bildiriblər.

Qrup Ankara bələdiyyəsi sədrliyini Cümhuriyyət Xalq Partiyasından olan namizəd Mənsur Yavaşını MSK-ya müraciətindən öncə ora gedəcəklərini söyləyiblər.

Xatırladaq ki, Mənsur Yavaş sosial şəbəkədə seçkinin nəticələrinə etiraz olaraq, yazıb ki, İstanbul kimi iri meqapolisdə səsvermənin nəticələri bir neçə saata açıqlandığı halda Ankarada seçkinin yekununu səhərədək gecikdirilir.

Yavaşın qənatincə, könüllülər «səsvermənin nəticələrinə müdaxiləni təsbit ediblər».

Xatırladaq ki, Ankaradakı seçki qutularının hamısı açılıb.

Rəsmi olmayan məlumatlara əsasən, Ədalət və İnkişaf Partiyasının namizədi Melih Gökçek 44,5 faiz, Mənsur Yavaş isə 43,9 faiz səs toplayıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI