PARADOKS

AKTUAL

Məşhur aktrisa: “Biri var pornoya çəkilmək, biri də ekrana çılpaq çıxmaq”

22-12-2014, 17:47
  •     
  • Mədəniyyət, MAQAZİN |
  •  Oxunma:

Məşhur aktrisa: “Biri var pornoya çəkilmək, biri də ekrana çılpaq çıxmaq”

RəsmiXəbər.Az Ailem.Az saytına istinadən xəbər verir ki,Amerikalı aktrisa və müğənni Skarlett Yohansson 22 noyabr 1984-cü ildə Nyu-Yorkda dünyaya gəlib. Atası Karsten Yohansson danimarkalı ssenarist-rejissor Eyner Yohanssonun oğludur, anası Melani Sloan isə amerikalı yəhudi ailəsində dünyaya göz açıb. Skarletin böyük bacısı Vanessa da aktrisadır. Onun bacısından başqa, dörd qardaşı da var. Valideynləri ayrıldığından, aktrisa iki şəhərdə - həm Nyu-York, həm də Los-Ancelesdə böyüyüb. Aktrisa ilk debütünü 1994-cü ildə “Cənub” filmi ilə edib. 1997-ci ildə çox sevilən “Evdə tək – 3” filmində oynayıb. Ona ilk böyük mükafat gətirən film isə “Tərcümənin çətinliyi” filmi olub. Filmdə yaratdığı Şarlotta obrazına görə “Ən yaxşı aktrisa” nominasiyasında BAFTA mükafatına layiq görülüb.

Yohansson “Esquire”, “Maxim” kimi jurnalların “Ən seksual qadınlar” siyahılarında ilk yerlərdən birini tutub. Onu 2008-ci ildə “Playboy” jurnalı “İlin ən seksual məşhuru” seçib. Aktrisa siyasi aktivliyi ilə də fərqlənir. 2004-cü ildə Con Kerri, 2008-ci ildə isə Barak Obamanın seçki təbliğatında fəal iştirak edib. Obamanı dəstəkləyən “Yes We Can!” video çarxında da yer alıb. Skarlet Yohanson 2008-ci ildə kanadalı aktyor Rayn Reynoldsla evlənib və iki il sonra boşanıb. Yohanssonun Castin Timberleyk, Jared Leto və hətta özündən 17 yaş böyük Benisio del Toro ilə münasibət yaşadığı deyilir. Aktrisa “Calvin Klein”, “L`Oreal”, “Dolce&Gabbana” kimi markalarının reklam siması olub.

Kulis.az “Esquire” dərgisinə istinadən Skarrlett Yohanssonun həyatdan öyrəndiklərini təqdim edir.

Mən cavab verəndə çox düşünməyi sevmirəm, ona görə də mənə sadə suallar verilməyindən xoşum gəlir.

On səkkiz yaşımda 25 yaşlı qızı oynayırdım. Yəni mənim əsl uşaqlığım olmayıb. Amma mən məyus olmuram. İmkan daxilində əvəzini çıxacağam.

Mənim nəslim çox mənasız nəsildir. Biz nəylə böyüdük? Saqqız çeynəməklə, şirin səsli oğlanların oxuduğu pop qruplarını, rep və metalın dəhşətli hibridləşmiş formasını dinləməklə.

Qəfildən kimisə sevmək yaxşı şeydir. İnsan hələ də yaşadığının fərqinə varır.

Mən heç vaxt liftdə Benisio del Toro ilə sekslə məşğul olmamışam. Bu mənim bir ağılsız jurnalistə uydurub dediyim zarafat idi. Mən sözbəsöz belə demişdim: “Mən indi özümü Benisio del Toro ilə liftdə sevişmiş kimi hiss edirəm”. Sonra onlar “hiss edirəm” yerini çıxartdılar. Deyəsən mən axirətdə də bu suala cavab verməli olacam.

Ərdə olmağın yeganə əsas üstünlüyü: özün haqqında indiyə kimi bilmədiyin şeyləri öyrənirsən.

21 yaşım tamam olanda qardaşım təklif etdi ki, striptiz kluba gedək. Orda olanda kimsə mənimçün xüsusi olaraq rəqs sifariş verdi. Bu dəhşətli idi. Çünki mənimçün rəqs edən qızı elə arıq idi ki, onun büzdümü və ya hansısa başqa bir dik duran sümüyü mənim bədənimi göm-göy eləmişdi.

Öz klonumla nə edərdim? O mənim ən yaxın dostum olardı. Onunla birlikdə kinoya gedərdik.

Super-qəhrəmanlar tərləsələr belə, onlardan iy gəlmir. Amma mən super-qəhrəmanları sevmirəm. Mutantlar mənim xoşuma gəlir.

Yəqin ki, tezliklə mənim də kompüter oyunum çıxacaq. Bu kinodan yaxşıdır. Oyunda sellulit görünmür.

Bir dəfə Los-Ancelesə gedirdim, qəfildən qabağıma mənim də olduğum bir reklam lövhəsi çıxdı. Qəfildən əyləci basdım. Dinozavr boyda döşlərimi görəndə nə etməliydim?

Çörəyi çox sevirəm. Aktrisa olmasaydım, çörək sexində işləyərdim.

Gözəlliyin sirrini anamdan öyrənmişəm: çoxlu su iç, zəngli saata qalxma, siqaret çəkmə.

Heç vaxt seksual görünməyimlə bağlı qayğım olmayıb. Sadəcə dəli kimi görünmək həmişə məni narahat edib.

Özünü şöhrətə məşhurluğa hazırlamaq mümkün deyil. Mən hələ də bilmirəm ki, bazarlıq edəndə mənim şəklimi çəkə bilərlər.

Ulduz olmaq – mənim nəzərimdə - hansısa restoranda növbədənkənar yer tuta bilməkdir.

Mən istəyirəm ki, əlaqədə olduğum bütün adamlara inanım və inanmadığım adamlarla bütün əlaqəni kəsim.

Yaxşı ki indi 19-20 yaşım yoxdur. Bu yaş - qeyri-müəyyənlik yaşıdır.

Mənim Facebookum, Tvitterim yoxdur. Boş-boş informasiyalardan nə qədər uzaq dururamsa, o qədər xoşbəxtəm.

Dünyada ən çox istədiyim şey gözəl olmayan qadını oynamaqdır.

İnsanlar bunu daim qarışdırırlar – biri var ekrana çılpaq çıxmaq, biri də var pornoya çəkilmək.

Hamı deyir ki, tamaşaçı hər şeyi həll edir. Amma tamaşaçı heç nəyi həll etmir. Ona nə verirsənsə, onu götürür.

Yaxşı ssenari 75 səhifəni ötməməlidir.

Mən heç kimin muzası olmaq istəmirəm.

Mən həmişə özümdən daha artığını gözləmişəm.

RƏSMİXƏBƏR.AZ


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI