PARADOKS

AKTUAL

Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası əmək miqrantlarının rus dilini, Rusiya qanunlarını və tarixini bilməsi barədə mütləq zərurəti nəzərdə tutan qanunu təsdiqləyib

16-04-2014, 17:27
  •     
  • Mədəniyyət, |
  •  Oxunma:

Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası əmək miqrantlarının rus dilini, Rusiya qanunlarını və tarixini bilməsi barədə mütləq zərurəti nəzərdə tutan qanunu təsdiqləyib
Yeni qanuna görə, xarici vətəndaş müvəqqəti yaşayışa razılıq almaq üçün müraciət edərkən rus dilini bildiyini, Rusiya tarixi və qanunvericiliyinin əsasları haqda məlumatlı olduğunu təsdiqləməli olacaq. Buna sübut kimi xarici vətəndaş 1991-ci ilin sentyabrın 1-nə qədər SSRİ-nin tərkibinə daxil olan dövlətlərin ərazisindəki təhsil müəssisələrinin verdiyi sertifikatları, diplomları, attestatları və 1991-ci ilin sentyabrından Rusiya ərazisində dövlət attestasiyasından uğurla keçmiş şəxslərə təhsil haqda verilən sənədləri təqdim etməlidir.

Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI