PARADOKS

AKTUAL

Azərbaycanın dövlət adamlarının və Türkiyənin də aşağılandığı səhifədə Xomeyni təbliğ olunur

16-04-2014, 15:48
  •     
  • Mədəniyyət, |
  •  Oxunma:

Azərbaycanın dövlət adamlarının və Türkiyənin də aşağılandığı səhifədə Xomeyni təbliğ olunur
Son günlər Azərbaycanda nurçuların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər görülür. Hətta Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə dünən verdiyi açıqlamada nurçuluğun Azərbaycanda qadağan olunmasını məsləhət görüb. Lakin , bir çox məzhəbləri Azərbaycan üçün təhlükəli görən cənab Paşazadə, nədənsə ölkə üçün ən təhlükəli olan və İrandan gələn təhlükədən danışmır. Sübut lazımdır? İranın Azərbaycana ərazi iddialarının olmasının, Azərbaycanda isə bəzi "dindarların" məhz bu ölkənin dini rəhbərlərinin dediyi ilə durub oturmalarını sübut etməyə ehtiyac olmasa da, sosial şəbəkələr fəaliyyətə başlayandan sonra , əndazəni aşan addımların atılması faktları var. Buyurun bu da fakt!


Avropa.info-nun araşdırması nəticəsində məlum olub ki, Facebook sosial şəbəkəsində İranı dəstəkləyən azərbaycanlıların "Azərbaycan İslam Cümhuriyyəti " adlı bir səhifəsi fəaliyyət göstərir. İranla birlikdə Rusiyanın da təbliğ olunduğu, Azərbaycanın tanınmış şəxslərinin isə təhqir olunduğu səhifədə yazılanlara diqqət yetirək. (Səhifədə yayılan təhqiramiz şəkillərə yazının axrında baxa bilərsiniz: red)

Səhifədə ən çox təhqir olunan, Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin guya , 1993-cü ildə "Azərbaycan" qəzetinə "Biz Kəlbəcəri verməli idik. Yoxsa Ermənistanda demokratiya pozulurdu. Ter Petrosyan hakimiyyətdən gedirdi" dediyi iddia olunur. Elçibəy isə satqın adlandırılır.
Sitat :"Siz heç görmüsünüz ki, bir dövlətin başçısı. Ölkəsinin torpaqlarını başqa bir dövlətə satsın? Təəssüf ki, belə alçaqca hal Azərbaycanda baş verdi. Əbülfəz Əliyev Kəlbəcəri Ermənistana satdı!"

Daha bir statusda isə qiyamçı Surət Hüseynov təriflənir, Əbülfəz Elçibəy isə murdar adlandırılır.
"Əbülfəz Əliyev kimi murdar şəxsə qarşı, çevriliş etdiyin üçün sənə minnətdarıq Cənab polkovnik!"

Bundan başqa , səhifədə ən çox təhqir olunanlardan biri də, "Yeni Müsavat" qəzetinin yazarı , siyasi şərhçi Azər Rəşidoğludur. Rəşidoğlunun "Yeni Müsavat" qəzetində yazdığı köşə yazılarına təhqirlə cavab verilib. Məsələn, "Azər Rəşidoğlunun "Azərbaycan Türkiyə ilə birləşsin" yazısına cavab olaraq , şipon yığnağı "Azərbaycan Türkiyənin "karısı" olsun" başlıqlı yazı yerləşdirilib. Ən qəribəsi burasındadır ki, səhifədə Qum tələbəsi, özünü Xətaişunas kimi təqdim edən, birlik.az saytının direktoru , DEVAM-ın rəhbəri İlqar İbrahimoğlunun da yaxın dostu Vüsal Hətəmovun yazdığı iddia olunan "Ölkəni Qərbə satan Rəsulzadə- Elçibəy yolçuları " başlıqlı yazı da səhifədə dərc edilib.

Üzdəniraq səhifədə Türkiyə dövləti də, ən təhqiramiz sözlərlə "yad" edilib. Bu yazıdan bəzi hissələrə diqqət edin:

"Artıq Türkiyə dövləti zaman keçdikcə, erməni soyqırımını qəbul etməyə doğru hazırlaşır. Bildiyiniz kimi Türkiyə də güclü Erməni lobbisi var. Və Türkiyənin də Avropanın quyruğu olduğunu nəzərə alsaq. Belə məna çıxır ki, gələcəkdə Türkiyə Ermənilərə qarşı soyqırım etdiyini qəbul edəcək. Bəs Azərbaycandakı bəzi "vətən"-şüvənlər nəyə görə ortalığa düşüb. Camaatın beynini xarab edirlər ki, Erməni soyqırımı qondarmadır. Adama deyərlər sənə nə?! Qoy Türkiyə özü-öz işini həll etsin. Amma burdakılar Türkiyə də ki, bəzi qurumlardan tula payı aldıqları üçün. Ortalığa düşüb düşüklük edirlər!"

Türkiyənin indiki və keçmiş dövlət rəhbərləri "şərəfsiz" adlandırılır. Məsələn , bir statusda Azərbaycan türklərinə xitabən "Qardaşlarınız da, özünüz kimi , şərəfsizdirlər" yazılıb.

Bundan başqa , Azərbaycanın dövlət adamları haqqında da , "Qərbin uşaqları" və "murdar" sairə təhqiramiz sözlər yazılıb.

Qeyd edək ki, üzdəniraq səhifədə bir müddət öncə, Avropa.info-nun Azərbaycandan İran xətti ilə Suriyaya Hizbullah tərəfində döyüşmək üçün adamların apöarılması ilə bağlı araşdırma yazısına da təhqiramiz şəkildə cavab verilib. Sayt və onun rəhbəri Ruslan Bəşirli təhqir edilib.

Bəs səhifədə kimlər təbliğ olunur ? Səhifədə əsasən , Xomeyni , Sistani, "Hizbullah" lider Həsən Həsrullah , həbsdə olan İslam Partiyasının sədri Mövsüm Səmədov, Hacı Abgül və digərləri təbliğ olunaraq, onlar İslamın "nicatı" adlandırılır. İranın türklərdən hər zaman güclü olması barədə statuslar və yazılar paylaşılır.

Qeyd edək ki, son dövürlər bu tipli Facebook səhifələri çoxalmaqdadır. Azərbaycanın bir çox məscid və İrana bağlı mədrəsələrindən də, təhlükəli xəbərlər gəlməkdədir. Qafqaz Müsəlmanları İdarəsinin susqunluğu isə anlaşılmazdır.
Şəkil: Agentlərin yeni oyunu: Azərbaycan-Türkiyənin

Şəkil: Belə faktlar qarşısında bəzi anti-milli ünsürlər kar-kor-lal olur!

Bildiyiniz kimi Türkiyəni idarə edənlər hər zaman Şiələrə nifrət bəsləyiblər. Və bunu gizlətmədən söyləyirlərdə. Çün ki, onların beyinlərində psixi problem var, Çaldıran döyüşünü unutmayıblar. Hətta bu yaxınlarda Erdoğan utanmadan Şiələri təhqir etdi. Türkiyənin özündə 20 milyondan artıq Şiənin yaşamasına baxmayaraq, hər bir haqqdan məhrum edilirlər.

Qarabağ müharibəsi gedən zaman, Azərbaycanlıların əzab çəkdiyi vaxtda. Türkiyədən yardım istəndi. Amma Türkiyə dövlətinin başçısı. Turqut Özal
Nadir fotolordan: Hizbullahın qurucu 3 Aslanı bir yerdə. Sol da Həsən Nəsrullah, orta da İmad Muğniyə, sağ da Abbas Musəvi! (Sitat : səhifədəndir :RED)
Şəkil: Nadir fotolordan: Hizbullahın qurucu 3 Aslanı bir yerdə. Sol da Həsən Nəsrullah, orta da İmad Muğniyə, sağ da Abbas Musəvi!
Buna "Qardaşlıq" deməzlər, Düşmənçilik deyərlər! (Sitat səhifədəndir:red)
Şəkil: Buna
Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI