PARADOKS

AKTUAL

QAPIM AÇIQDI

3-10-2018, 16:14
  •     
  • Mədəniyyət |
  •  Oxunma: 221

QAPIM AÇIQDI QAPIM AÇIQDI

Qarşıdan soyuq gəlir,
Getmə xəyallarımdan.
Telinə qırov düşər,
Uzaqlaşma yanımdan.

Könlünü qızdırmağa,
Ürəyimdi çatasan?
Məndən isti bir ocaq,
Çətin bir də tapasan.

Günəş hələ nur saçır,
Dörd bir tərəf isti ki,
Qəlbimdə oturmusan,
Burda sənə pisdi ki?

Bu payız günəşidi,
Özünü aldadarsan.
Sərin mehə düşərsən,
Od alovda yatarsan.

Barı şal at çiyninə,
Bayırda az külək var.
Xəyal geyin əyninə,
Səni tutar gilavar.

Birdən yadından çıxar,
Çayını iç, sonda get.
Sevgi xəyallarıyla,
Bəzənmiş o donda get.

Xoş baxmazlar üzünə,
Arzular suya düşər.
Qəlbin imdad eyləyər,
Səs-küyə, huya düşər.

Düşünmədən dön geri,
Həyatım yarımçıqdı.
Deməyə gərək yoxdu,
Qapım sənə açıqdı.

Rəhim Mehnət 02.10.2018


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI