HEYDƏRİN ADINI DAŞIYIR HEYDƏR
ŞƏRƏFLİ ÖMRÜNÜ YAŞIYIR HEYDƏR
Sevir vətənini, sevir yurdunu,
Dostu, silahdaşı seçdi ordunu,
Hamı alqışlayır vətən oğlunu ,
HEYDƏRİN ADINI DAŞIYIR HEYDƏR,
ŞƏRƏFLİ ÖMRÜNÜ YAŞIYIR HEYDƏR
Əsgər anasıdır Ana Mehriban,
Bacısı Arzu həm, Leyla ona can,
İlham Əliyevin qəlbi çıraqban
HEYDƏRİN ADINI DAŞIYIR HEYDƏR ,
ŞƏRƏFLİ ÖMRÜNÜ YAŞIYIR HEYDƏR
Hünəri boyuna biçilibdi tən,
Ən böyük sevgisi bu ana vətən,
Necə qürurludur, o necə də şən ,
HEYDƏRİN ADINI DAŞIYIR HEYDƏR,
ŞƏRƏFLİ ÖMRÜNÜ YAŞIYIR HEYDƏR.
Qələbə bayrağı onun əlində ,
Zirvəyə sancacaq O Xankəndində,
Göylərə ucalıb doğma elində,
HEYDƏRİN ADINI DAŞIYIR HEYDƏR
ŞƏRƏFLİ ÖMRÜNÜ YAŞIYIR HEYDƏR
YASƏMƏN QƏYYUMLU