PARADOKS

AKTUAL

BƏXT GƏTİRƏNDƏ

21-09-2018, 22:28
  •     
  • Mədəniyyət |
  •  Oxunma: 111

BƏXT GƏTİRƏNDƏ Yasəmən Qəyyumlu

BƏXT GƏTİRƏNDƏ

Şahlıq quşu qonur başına o gün,
Gözəllik baxmayır yaşına o gün ,
Bal şəkər qatılir aşına o gün ,
Baxışın dəyişir, bəxt gətirəndə.

Sayanın çox olur, salamın dinir,
Mələklər şad olub çiyninə enir,
Səni sevənlərin baxıb sevinir ,
Naxışın dəyişir, bəxt gətirəndə.

Könül, naz eyləyir can ədasına,
Laləzər qatılır can əbasına,
Ömür vida deyir, can bəlasına,
Yerişin dəyişir, bəxt gətirəndə.

Xəyalın tikdiyin tüfan dağıtmır,
Gözlər peşmanlıqdan yaşın axıtmır,
Qəyyumlu, arzusun qəmlərə qatmır,
Gülüşün dəyişir, bəxt gətirəndə. Yasəmən Qəyyumlu


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI