PARADOKS

AKTUAL

Nigar Həsənzadə: Oyan, torpaq, oyan...

16-05-2018, 02:22
  •     
  • Mədəniyyət |
  •  Oxunma: 211

Nigar Həsənzadə: Oyan, torpaq, oyan... Nigar Həsənzadə: Oyan, torpaq, oyan...


Oyan, torpaq oyan, yad yuxulardan,
Xilas ol, məkirli, xain düşməndən.
Ən mərd oğullara qan uddurdular
Sinənə min illər yara vurdular


Gizləmədin sən öz xəzinələrini,
Qoynunda bəslədin hər bir milləti
Verdin nemətini, suyu, çörəyi
Həm də rəhm eylədin, əhv istəyəni.


Oyan, unutqanlıq milli bəladır,
Keçmişin ardında, bu gün dayanır
Azadlığın sənin qanlara hopsun,
Çəkdiyin ağrılar tez unudulsun.



Qovulsun səmadan qara buludlar,
Sussun bəd niyyətli qara qarğalar
Sözümlə kəsərəm-qanunsuzluğun
Başını! O cəllad insansızlığın!



Qadınam, övladam, anayam diri
Kök salıb bitmişəm, qalxmışam indi!
Doğma torpağımdır uca, cənnətdən
Hər kəs bilməlidir, əzizdir vətən!


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI