PARADOKS

AKTUAL

Dunyanin en tenha yeri!

27-04-2018, 01:22
  •     
  • Mədəniyyət |
  •  Oxunma: 243

Dunyanin en tenha yeri! Dunyanin en tenha yeri!

Kimsəsiz bir uşaq gördüm küçədə
Baxdım ki,həyatın lap başındadır
Dedi,işləyirəm gündüz,gecə də
Mənim uşaqlığım yüz yaşındadır

Anamın,atamın ən yadıyam mən
Yaradan unudub,itirib məni
Soyuq küçələrin övladıyam mən
Kücələr Dünyaya gətirib məni

Düşündükcə fikir yaxir adamı
Şəhvət gəncliyinin itmiş anıyam
Əsla tanımadım ana-atamı
Ötəri hislərin həzz qurbanıyam

Körpəliyim acdi,gecə yatmadı
Anam oldum hərdən,gah da ki,atam
Tanrının da əli yərə çatmadı
Əlimi uzadam,əlindən tutam

Demişdi,şeirdən məni silərsən
Özümdən öndəyəm,səndən geriyəm
Yalnizlıq istəsən mənə gələrsən
Mən Dünyamızın ən tənha yeriyəm

Eyyub Xeyal


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI