PARADOKS

AKTUAL

Yanğın 100-dən çox evi kül etdi

3-04-2014, 12:26
  •     
  • Mədəniyyət, |
  •  Oxunma:

Yanğın 100-dən çox evi kül etdi
Braziliyanın San-Paulo şəhərində yerləşən yoxsul məhəllələrindən birində baş verən güclü yanğın 100-dən çox yaşayış evinin külə dönməsinə səbəb olub. Verilən məlumata görə, yanğın şəhərin şərqində, inşa edilməkdə olan hündürmərtəbəli binaların yaxınlığındakı ərazidə baş verib. Ölən və xəsarət alanların olmadığı bildirilir.

Yoxsul məhəlləsindəki evlərin əksəriyyəti taxtadan olduğundan, yanğın qısa vaxt ərzində evlərə yayılaraq, yüzlərlə sakini evsiz qoyub.

İlkin ehtimallara görə, yanğın qaz balonunun partlaması nəticəsində başlayıb.
Mənbə
Associated Pres


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI